
Le Pen hökmü
Avropa elitaları populistlərə qarşı səfərbər olub?
Avropa elitaları populistlərə qarşı səfərbər olub?
Təqaüdə çıxacaq, yoxsa mübarizəni davam etdirəcək?
Belçika tütün məmulatlarının mağazalarda nümayişini qadağan edir
Dünyada son 35 ildə ilk dəfədir ki, ciddi ideoloji mübarizə gedir
Hitlerin hakimiyyətə gəlməsində Stalinin rolu olub
AB ABŞ-ın tariflərinə güclü cavab verməyə hazırdır
Korrupsiyada təqsirləndirilən fransız liderin Anadolu ilə əlaqələri varmış
Boykot kampaniyasından yayınmaq üçün məhsulların üzərinə istehsal olunduğu ölkənin adı yazılır
Rəqəmsal Xidmətlər Qanununa nəzarət üçün komissiya yaradılıb
İtaliyada yeni doğulan körpə nisbəti rekord həddə düşüb
Yaponiya qeyri-ingilis, qeyri-çin süni intellekt modelləri üçün AB-dən kömək axtarır
Müstəmləkələrdəki qiymətlər Fransanın özündən qat-qat ucuz olacaq
Türkiyə nə qədər qardaşdırsa, Fransa da o qədər düşməndir
Le Pen 4 il həbsə və 5 il siyasi qadağaya məhkum edildi
İronik yüksəliş – qadağa riski populyarlıq gətirdi
Qısamüddətli müqavilələr, qısaldılmış iş saatlarına baxmayaraq iş itkiləri 4,3 milyona çata bilər
«Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlıq çərçivəsində Aİ tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə vizaların ləğv edilməsi müzakirə mövzularından biridir». Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında saziş artıq bir neçə ildir, qüvvədədir.
Saziş çərçivəsində uğurlu əməkdaşlıq viza məsələsi ilə əlaqədar müzakirələrin növbəti yeni mərhələyə çıxarılmasına əlverişli zəmin yaradır: «Vizaların ləğv edilməsi məsələsinə Azərbaycan və Aİ arasında danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi çərçivəsində baxılması da istisna deyil».
Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji əməkdaşlıq haqqında saziş təklifi ilə çıxış edib və bu da onlar tərəfindən qəbul olunub: «Həmin layihədə viza məsələsi öz əhəmiyyətliliyinə görə elə də ön sıralarda dayanmır. Burada daha əhəmiyyətli məsələlər var. Amma əlbəttə ki, Azərbaycanla Avropa İttifaqı arasında vizanın ləğv olunması məsələsi həm ölkəmizin, həm də Avropa İttifaqının maraqlarına cavab verən bir addımdır. Avropa İttifaqı artıq postsovet ölkələri ilə vizanın ləğvinə başlayıb. Azərbaycanın bu qurum üçün oynadığı rol, hətta Ukraynanı belə nəzərə alsaq, həmin ölkələrdən daha əhəmiyyətlidir. Çünki həmin ölkələrdən heç biri Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan qədər mühüm əhəmiyyətə malik deyil».
S.Alıyev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında olan ticarət dövriyyəsi də bəzi postsovet ölkələri ilə müqayisədə daha yüksəkdir: «Gələcəkdə bu, yüksələn xətlə davam edəcək. Bundan başqa, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir Avropa İttifaqına üzv olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında ikitərəfli anlaşması var. Fikrimcə, Avropa İttifaqına üzv olan əksər ölkələrlə ikitərəfli anlaşmalarda diplomatik və xidməti pasportları olan şəxslərə vizanın sadələşdirilməsi gətirib ona çıxaracaq ki, həqiqətən də Azərbaycanla bu qurum arasındakı viza aradan qalxacaq. Bir daha vurğulamaq istərdim ki, vizanın ləğvi bizim üçün əhəmiyyətli məsələ deyil və olmamalıdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında daha mühüm məsələlər var və yeni mərhələ başlayır. Azərbaycan bu qurumla strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Ölkəmizə belə bir haqqın qazandırılması bizim üçün böyük jestdir. Eyni zamanda, Azərbaycanın öz milli maraqları baxımından bu quruma yanaşmada çox düzgün addım atmasının göstəricisidir. Bilirsiz ki, Avropa İttifaqının özünün irəli sürdüyü Assosiativ saziş, demək olar ki, fiaskoya uğrayıb və Avropanın aparıcı dövlətlərinin liderləri də bunu etiraf edirlər. Bu saziş bir çox halda xaosa, dağıntılara aparıb çıxarırdı. Üzv ölkələrin özlərinə də hələ yaxşı nə isə verdiyini biz görməmişik. Misal üçün, Moldova prezidenti bildirir ki, ölkəsinin Avropaya ixrac etdiyi məhsulların çəkisi xeyli azalıb. Belə olan halda, Assosiativ saziş Moldovaya niyə lazım idi? Bu baxımdan, hesab edirəm ki, Azərbaycan üçün əsas olan strateji tərəfdaşlıq haqqında sazişin qəbulu və təsdiqidir. Bundan sonra digər məsələlər öz həllini tapacaq».
Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında viza məsələsinin ləğvi hələ gündəmdə deyil: «Çünki Azərbaycanın təklifi ilə Avropa İttifaqıyla strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər həyata keçirilir. Bununla bağlı olaraq, danışıqların birinci mərhələsinə hazırlıq məqsədilə görüşlər, müzakirələr aparılır. Əlbəttə ki, birinci mərhələ ilə bağlı həm Azərbaycan, həm də Avropa İttifaqı tərəfdən işlər aparılır».
F.Muradov qeyd edib ki, danışıqların birinci mərhələsinə hazırlıq məqsədilə aprelin sonlarında Avropa İttifaqından nümayəndə heyəti Bakıya gələcək: «Burada görüşlər keçiriləcək, ətraflı müzakirələr aparılacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin ləğv olunması haqda konkret rəsmi mövqe bəyan edilməyib».