vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DİASPOR  
13:17 | 23 aprel 2014 | Çərşənbə Məqaləyə 3792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfirdən müəmmalı addım

«Polad Bülbüloğlu ölkəsinə xəyanət edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Rusiyadakı səfirliyi və Ümumrusiya Azərbaycan Konqresi barədə ifşaedici fakt ortaya çıxıb. Məlum olub ki, rusiyalı tarixçinin ermənilərin saxtakarlığından bəhs edən kitabının təqdimat mərasiminə bu qurumlardan heç kim qatılmayıb.

Bu barədə məlumatı AzNews.az-a Rusiyada yaşayan həmyerlimiz, Beynəlxalq Münasibətlərin Araşdırmaları Mərkəzinin rəhbəri Sakit Allahverdiyev verib. Onun sözlərinə görə aprelin 21-də keçirilən təqdimat mərasimində Azərbaycanın rəsmi təmsilçilərinin belə bir münasibəti haminin təəccübünə səbəb olub:

«Aprelin 21-də Moskvada rusiyalı tarixçi Oleq Kuznetsovun «Gülüstana gedən yol...»: Tarixə dərə-təpələrlə sayahət («Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimi keçirilib. Rusiya Elmlər Akademiyasının Elm Adamları Mərkəzi Evində keçirilən mərasimdə monoqrafiya haqda məlumat verilib. Əsərdə O.R.Ayrapetova, M.A. Volxonskoqo, V.M. Muxanova «Doroqa na Gülüstan»` kitabını tənqid edir. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edir. Bir rus müəllifinin belə bir elmi əsərlə çıxış etməsi Azərbaycan üçün göydən düşmə bir hadisədir. Amma təəssüf ki, nəinki bu fürsətdən istifadə edildi, heç müəllifə quru sağol da deyilmədi. Tədbirdə nə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etdi, nə də Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri. Sanki, bu məsələ 3-5 nəfərdən savayı heç kimi maraqlandır. Bu necə məmurlardır, ictimai təbliğatdır? Bunlar öz vəzifələrini icra etmirlərsə, niyə bu vəzifələrdə otururlar? Bu qədər biganəlik olarmı? Yox, bu biganəlik deyil, xəyanətdir! Belə bir münasibətin başqa adı ola bilməz. Hətta dostlardan bir nəfər Azərbaycanın Rusiyadakı Səfirliyinə telefonla zəng etdi. Ona cavab verdilər ki, səfir şəxsən tapşırıb bu tədbirdə səfirliyin işçilərindən heç kim iştirak etməsin. Ya rəbbim, görəsən, bu artistlər nə zaman siyasətçi olacaqlar? Bəs Konqres niyə iştirak etmir?».

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlasaq da, diplomatik nümayəndəliyimizin mövqeyini öyrənə bilmədik. Xatırladaq ki, «Gülüstana gedən yol...»: Tarixə dərə-təpələrlə səyahət kitabı Oleq Kuznetsovun Rusiya tarixşünaslığında erməni saxtakarlığına dair ikinci nəşridir. Müəllifin bu mövzuya dair ilk kitabı «Qarabağ münaqişəsinin «mifləri» haqqında həqiqət» əsəridir. Bu tarixi əsər rusiyalı politoloq-tarixçi Stanislav Tarasovun Ermənistan-Azərbaycan münaqişəsi haqqında yazdığı «Dağlıq Qarabağ haqqında miflər» kitabına cavabdır. Oleq Kuznetsov kitabında «Tarasovun mifləri» adlandırdığı çap məhsulunun erməni sifarişi olduğunu bir sıra faktlarla sübut edib.