vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
12:33 | 7 may 2014 | Çərşənbə Məqaləyə 2855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakı» maaşları niyə vermir?

«Məsələ mətbuatda şişirdilmiş qədər də ciddi deyil...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Komanda artıq Qəbələdədir və oyuna tam hazırdır». Bu sözləri «Qafqazinfo»ya açıqlamasında «Bakı» klubunun icraçı direktoru Yaşar Seyidov deyib. Klub rəsmisi son günlərdə mətbuatda »Bakı»nın legionerlərinin maaşlarını ala bilmədikləri üçün «Qəbələ» matçına çıxmayacaqları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib:

«Məsələ mətbuatda şişirdilmiş qədər də ciddi deyil. Əmək haqqının gecikməsi hər yerdə var. İndi 10-15 günlük bir gecikmə olub ancaq tezliklə bu məsələ aradan qaldırılacaq. Mətbuatda «Bakı»haqqında bu cür şişirdilmiş məlumatların hansı məqsədlə verilməsi bizə çox yaxşı bəllidir. Bunların heç biri həqiqəti əks etdirmir. Bu gün komanda artıq «Qəbələ»dədir.  Futbolçuların oyuna çıxmayacaqları barədə yayılan söz-söhbətlər də düzgün deyil. Biz «Qəbələ» ilə oyuna hazırıq və oynayacağıq»

Qeyd edək ki, «Bakı» klubu məşhur iş adamı Hafiz Məmmədova məxsusdur.  Məmmədov «Bakı» ilə yanaşı, Fransanın «Lans» klubunun da sahibidir.