«Biz hazırıq»
«Azərbaycan dünya ölkələri reytinqindən 7 pillə irəliləyərək...»
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Cəlilabad müasir telekommunikasiya qovşağı
İlham Əliyev əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binada yaradılan şəraitlə tanış olub
-
Azərbaycan internetinə İran nəzarət edir?
«Delta Telecom» bu suala cavab verə bilməyib
-
Uşaqların internet təhlükəsizliyi...
Dövlət Komitəsi yeni layihə hazırlayır
-
«Peşmanam ki, görülən işlər...»
Fərid İsmayılzadə: «Bizdə elə bilirlər ki, biznesdə bir tərəf qazandısa deməli digər tərəf itirdi...»
-
Nazir prezidentə söz verdi
Əli Abbasov: «Ən çox sevinən İlham Əliyevdir»
-
Ramiz Mehdiyev «Facebook»da
Prezident Administrasiyasının rəhbəri ilk olaraq cəmiyyətə müraciət etdi
-
Azərbaycanın regional İKT mərkəzinə çevrilir
Dünya Bankının baş iqtisadçısı Əli Abbasovla görüşüb
-
«İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, respublikanın iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. İKT cəmiyyətimizin həyatına fəal nüfuz edir, əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilib və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir».
Bu fikirləri Yeni Azərbaycan
Partiyasının saytına (yap.az.org) rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov deyib.
Ə.Abbasov bildirib ki, ölkə əhalisinin
98 faizinin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunub və Azərbaycan
indi rəqəmsal efirə keçməyə tam hazırdır. Onun sözlərinə görə, respublikada
internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət
alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə
110 mobil abunəçi düşür.
«İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış «Qlobal informasiya texnologiyaları hesabatı 2014» («The Global Information Technology Report 2014») adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən «Şəbəkələşmə hazırlığı indeksi» göstəricisinə görə Azərbaycan ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb. Sevindirici haldır ki, Azərbaycan «Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi» reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir», - deyə nazir vurğulayıb.