vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
XADİM  
16:17 | 14 may 2014 | Çərşənbə Məqaləyə 2379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputat özündən dedi

«Zahid Oruc özü bir partiyadır»

Gültəkin ƏLƏSGƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident seçkilərində Zahid Orucun Ana Vətən Partiyasından çıxması mətbuatda birmənalı qarşılanmadı. O, yeni partiya yaradacağı ilə bağlı fikir də səsləndirdi. Amma partiya yaratma təşəbbüsü gerçəkləşmədi.

Siyasi fəaliyyətindəki yeniliklər barədə Modern.az-a açıqlama verən deputat Zahid Orucun sözlərinə görə, bu məsələnin gündəmdə qalması maraqlarına qətiyyən uyğun deyil.

«Bəziləri bunun alt qatında Ezop dili ilə mesajların verildiyini düşünür. Bir Allah şahiddir ki, bu yöndə, yəni gah partiya quruculuğu, gah mərkəz yaradılması, gah da dövlət orqanlarında çalışmaq kimi informasiyaların dövriyyəyə buraxılması heç zaman mənim tərəfimdən qaynaqlanmayıb. Bu gün də bu şayiələr maraqlarıma və planlarıma zərbə vurur».

Bundan sonra siyasi fəaliyyətini parlament üzvü kimi davam etdirəcəyini deyən Z. Oruc onu da qeyd edib ki, başqa statusda fəaliyyət göstərmək planı yoxdur. «Bu yöndə addımlarım yoxdur və olmayacaq. Çünki Zahid Oruc özü bir partiyadır».