«Bu qurultay keçirilməyəcək»
Siyavuş Novruzov: «Ona görə də məsələni uzadacaq və şou düzəldəcəklər»
Nihadə EYYUBOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Növbədənkənar seçki ola bilərmi?
İqtidar və müxalifət eyni fikirdədir
-
“İsa Qəmbər razılaşmanı pozdu”
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
-
Bakıya cavabdeh Bakı olmalıdır
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
-
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
-
Şıx çimərliyində şlaqbaumları götürüldü
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
-
“Sənin hansı simana inanaq?”
YAP-dan Əli İnsanova sərt reaksiya
-
Merdən “təmiz əl” xəbərdarlığı
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
-
... Bağça müdirlərinə xəbərdarlıq
Meriyada keçirilən müşavirədə ...
-
İtirilən yaşıl milyonlar...
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı
-
“Kupça”sız mənzil qalmayacaq
İlham Əliyevin inqilabi fərmanı
-
Eldar Əzizov baş direktoru qovdu
Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
“Kollektorlar vaxtında açılmadı”
Meriya “Azərsu”nu günahkar çıxrdı: ““Azərsu” fövqəladə hallara hazır deyil”
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
Baş nazirin müavini Türkiyəyə gedir
Əli Əhmədov qurultaya qatılacaq
«Bu gün Müsavat partiyasının nümayəndələri İsa Qəmbəri sədr görmək istəmirlər. Bunun nəticəsi olaraq, o da bu məsələni uzadır ki, hələlik rəqiblərini tərki-silah etməyənə qədər bu qurultay keçirilməsin».
Bu
fikirləri AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, millət
vəkili Siyavuş Novruzov bildirib.
Müsavatın
qurultay müəmmasına toxunan YAP rəsmisi bildirib ki, iki ildən artıqdır ki, bu
məsələ uzadılır.
«Müsavat
qurultayını keçirmək istəyirsə, istənilən yerlə müqavilə bağlaya bilər. Bu
şadlıq evi, otel, digər özəl müəssisə də ola bilər və yaxud da açıq havada,
çadrda keçirə bilər. Müsavata Bakı Şəhər İcra Hakimiyyəti 600 -1200 nəfərlik
yer verib, amma istəmirlər. Burada əsas səbəb sədrlik məsələsidir. Bilirlər ki,
İsa Qəmbər sədr seçilməyəcək. Ona görə də bu qədər bu məsələni uzadacaqlar və
bundan şou düzəldəcəklər, bir vaxtlar Gürcüstana, Türkiyəyə getdilər. Guya
gedirlər orada Müsavatın qurultayını keçirməyə. Bu gün Müsavat partiyasının
nümayəndələri İsa Qəmbəri sədr görmək istəmir. Bunun nəticəsi olaraq, o da bu
məsələni uzadır ki, hələlik rəqiblərini tərki-silah etməyənə qədər bu qurultay
keçirilməyəcək» - deyə S.Novruzov bildirib.
Qeyd
edək ki, dünən Bakı şəhər İcra Hakimiyyəti Müsavatın qurultay müraciətinə cavab
verib. Meriya Müsavata icaza verərək qurultay keçirmək üçün Səttar Bəhlulzadə
adına Mədəniyyət Evini təklif edib.