vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
11:20 | 21 may 2014 | Çərşənbə Məqaləyə 1473 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlikdən səfirə etiraz

«Fakt-sübut göstərmədən ümumi xarakterli mülahizələr səsləndirmək təcrübəli diplomata yaraşmır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azadlıq Radiosuna verdiyi müsahibə hələ də müzakirə olunur. Səfirin toxunduğu məsələlərdən biri də təhsil sahəsində korrupsiyanın olması ilə bağlı idi. Vaxt.az xəbər verir ki, Təhsil Nazirliyi səfirin səsləndirdiyi ittihamla bağlı qafqazinfo-nun sorğusuna belə cavab verib:

«Əslində cənab Morninqstarın bu sözləri Təhsil Nazirliyində böyük təəccüb və təəssüf hissi yaradıb. Təhsil naziri cənab Mikayıl Cabbarov bu vəzifəyə təyin olunduqdan sonra ABŞ-ın səfiri ilə 3 işçi görüş keçirmiş, onların 3-ü də səfirin xahişi ilə baş tutmuş və bu görüşlərdə təhsil islahatları, xaricdə təhsil, şagird və tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətraflı şəkildə müzakirə olunub. Bu görüşlər zamanı cənab Morninqstarın hər hansı istənilən məsələni qaldırması üçün məneələr olmayıb. Lakin bu görüşlərin heç birində cənab Morninqstar Azərbaycanın təhsil sistemində korrupsiya probleminə toxunmayıb.

Təhsil Nazirliyi dost və tərəfdaşlarının ölkəmizin təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy, təklif və bu sahədə mümkün problemlər barədə konkret faktlara əsaslanan müraciətlərinin ictimailəşdirilmədən öncə Nazirliklə müzakirə olunmasını və mövcud problemlərin həlli perspektivlərinin konstruktiv əməkdaşlıq mühitində birgə dəyərləndirilməsinin tərəfdarıdır. Ətraflı faktlar və sübutlar təqdim etmədən bu kimi ümumi xarakterli mülahizələrin təcrübəli diplomat tərəfindən səsləndirilməsi dərin təəssüf hissi doğurur».