Aydın Bəşirovun rektor qohumu qovuldu
Rasim Bəşirov ADDA-dan əvvəl icra başçısıymış
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qurbanovun qüdrəti
Dövlət Dəniz Admnistrasiyası Azərbaycanı dalğaların üstündə haralara qaldırdı...
-
«Gelandewagen»li qatilə ağır cəza
Prokuror iki nəfəri öldürən məmur oğluna 12 il iş istədi
-
«Maşın atamın idi...»
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu danışdı
-
«İçməmişdim...»
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu məhkəmədə yalan danışdı
-
Mədətovlar xalq artistini dilə tutur
«Gelandewagen»lə iki nəfəri öldürən məmur oğlu and içib ki...
-
Bəşirovun hay-həşiri
Sabiq rəis «qudurğan» adlandırdığı müavininə illərcə necə dözüb?
-
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov tutduğu vəzifədən azad olunub.
Bu barədə publika.az-a mötəbər mənbədən məlumat daxil olub. Məlumata görə, hazırda R.Bəşirov akademiyada rektor kimi deyil, müəllim kimi fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyasında yoxlamalar da aparılıb. Publika.az sözügedən məsələ ilə əlaqədar Rasim Bəşirovla əlaqə saxlayıb. R.Bəşirov rektorluqdan uzaqlaşdırılmasını təsdiqləyib.
Qeyd edək ki, Rasim Bəşirov Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun əmisi oğludur.
Onu da bildirək ki, R.Bəşirov akademiyada rektorluqdan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.