vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
22:11 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yumurtadan narkotik çıxdı

30 qram «Heroin», 68 qramsa «Tiryək»

MÖVZU İLƏ ƏLAQƏLİ

11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Vaxt.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Famil Salman oğlu Qəhrəmanovun yanına qısamüddətli görüşə gəlmiş bacısının həyat yoldaşı Yusif Sabir oğlu Tomarovun gətirdiyi sovqata baxış keçirilən zaman, 4 ədəd çiy toyuq yumurtasının içərisində xüsusi üsulla gizlədilmiş xalis çəkisi 29,79 qram olan narkotik vasitə «Heroin» və xalis çəkisi 67,771 qram olan narkotik vasitə «Tiryək» aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.