vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
PROBLEM  
12:05 | 24 mart 2017 | Cümə Məqaləyə 2796 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hər gün 36 ailə dağılır

Azərbaycanda ayda 1091 cütlük boşanır - Nazirlikdən şok statistika

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. VAXT.AZ saytı Ədliyyə Nazirliyindən son dörd ildəki boşanmalara dair rəsmi statistikasını əldə edib.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş  rəqəmlər ciddi narahatlığa əsas verir.

Boşanmaların statistikasına baxaq:

2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb.

2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088,  2013-cü ildə 11730 ailə dağılıb.

Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir... 

Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər...