

Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz
Elektron hökumətin Quba toplantısında nələr müzakirə olundu?
Layihə çərçivəsində ilk toplantı keçirilib
MTN-nin qurbanı olan Maqsud Mahmudov nazir Fikrət Məmmədovdan və Ramiz Rzayevdən kömək istəyir
Bu səbəbdən 2967 nəfər müraciət edib
Azərbaycanda ayda 1091 cütlük boşanır - Nazirlikdən şok statistika
Ədliyyə Nazirliyi QHT-yə «Yox!» dedi
Əliməmməd Nuriyev: «Prezident aydın mesaj verir ki, alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır»
«Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?»
Vitse-spkier: «Sizin niyə inzibati sözündən xoşunuz gəlmir?»
Komitə sədrindən nazir müavininə etiraz
Prezident İlham Əliyevdən daha bir sərəncam
.. «Edvart Kan», «Haspina», «Ariana», «Nuraairis», «Duam», «Küftəxanım», «Atika», «Ayasofiya», «Fatimeyizəhra»...
Bakıdakı binalarda kommunal ödənişlər artırılmağa başlayıb
Məhkəmə qərarlarını icra edən məmurların zorakılığı ölkə gündəmini dəyişdi
Və ya «gözdən uzaq, könüldən iraq» yerlərin sakinləri
Ötən günlər Azərbaycanın rəqəmsal dünyası üçün əhəmiyyətli bir hadisə baş versə də cəmiyyətin diqqətini elə də cəlb etməyib.
Azərbaycanın ən faydalı rəqəmsal hökumət həlli olan “Mobil notariat”da əhəmiyyətli bir yenilik edilib.
Artıq milyonlarla əmlaka sahib olan Azərbaycan vətəndaşının öz daşınmaz əmlakı üzərində istənilən hərəkətləri etmək üçün fiziki olaraq iştirakına ehtiyac yoxdur.
Yəni Azərbaycan vətəndaşı əmlakı üzərində hansısa sərəncam verilməsi üçün, almaq, satmaq, bağışlamaq və s. üçün dünyanın istənilən yerindən “Mobil notariat” vasitəsilə başqa birisinə etibarnamə verə bilər.
Çox uğurlu və olduqca faydalı bir işdir.
Onlayn mühitdə bu tip əməliyyatları gerçəkləşdirmək üçün Ədliyyə Nazirliyi, Notarial qurum şübhəsiz ki, xeyli sayda hökumət məlumatlarına (data) sahib olmalıdır.
Görünür ki , qurum digər əlaqəli dövlət qurumları ilə, “eGov” Mərkəzi ilə birgə, xidməti göstərmək üçün zəruri olan çoxsaylı məlumatları inteqrasiya edə biliblər.
Bildiyim qədər, Ədliyyə Nazirliyi növbəti mərhələdə yalnız etibarnamə ilə deyil, birbaşa vətəndaşlar arasında “Mobil notariat” vasitəsilə real vaxtda alqı-satqı prosesini gerçəkləşdirmək imkanın yaradılmasını nəzərdə tutub.
Ədliyyə Nazirliyinin, qurumun İT komandasının və dövlət-özəl tərəfdaşlıq çərçivəsində çalışan “Crocusoft” şirkətinin rəqəmsal transformasiya sahəsindəki fəaliyyəti təqdirə layiqdir.