«Reket»ləri mətbuatdan necə qovaq?
Və ya «gözdən uzaq, könüldən iraq» yerlərin sakinləri
Bəxtiyar HACIYEV, «Trend»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Süni əngəllərlə boğulan Naxçıvan
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
-
Dərə xəlvət olanda ...
... Yaxud “Muxtarlıq”ın xanədanı
-
Naxçıvanda həbslər başladı
132 milyon dövlət vəsaiti mənimsənilib
-
Kəşfiyyat-pozuculuq
İran Azərbaycana qarşı iş aparır
-
“Həddini aşana yer ver, əlinə bel”
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
-
Naxçıvanda nə baş verir?
Yoxlamalar, yasaq, nəzarət ...
-
DTX polkovniklə bağlı araşdırma aparır
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
-
Naxçıvan gömrüyündə əməliyyat
DTX istintaq aparır, həbslər var
-
Ədliyyə Nazirliyi elektronlaşır
Daha üç sənədi evdən çıxmadan əldə edə biləcəksiniz
-
İrana səfər etməyin!
Qondarma ittihamla həbs edə bilərlər ...
-
Bataqlıq böyüyür ...
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
-
Casusların yazışmaları istənilib
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
-
İranın daha bir casus şəbəkəsi ifşa olunub
DTX rəsmi açıqlama yaydı
-
Kameralar da izlənilirdi
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
-
Düşmən özü tələyə düşdü
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
-
Telefon rabitəsi, bank sistemi işləmədi
DTX separatçıların Xankəndidəki mobil-rabitə provayderini necə çökdürdü?
Ədliyyə Nazirliyinin məlumatına əsasən Azərbaycanda KİV-lərin sayı 5100-ü ötüb. Bu KİV-lərin bir qismi işini peşəkar səviyyədə qurub, ölkədə və ölkə hüdudlarından kənarda tanınır, bir çoxlarının adları ilə isə nadir hallarda qarşılaşırıq və ya heç qarşılaşmırıq.
Lakin bir qismi də var ki, onlar mətbuat adına, jurnalistika adına ləkədirlər. Məqsədləri vətəndaşları müxtəlif yollarla şantaj etməklə, onlara hədə-qorxu gəlməklə pul tələb etmək olan belələri «reket jurnalist» kimi tanınırlar. Bu qeyri-qanuni proses anarxiyanın, özbaşınalığın hökm sürdüyü ötən əsrin 90-cı illərinin əvvəlində başladı, lakin təəssüflər olsun ki, hələ də bunun kökünü kəsmək mümkün olmayıb. Bununla belə, ötən həftə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən «reket jurnalist»lərdən ibarət cinayətkar dəstənin zərərsizləşdirilməsi onu deməyə əsas verir ki, bu üzdəniraq «mətbuat»ın ömrünə lap az qalıb.
Dövlət Xidmətinin məlumatında deyilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər araşdırılarkən Azərbaycan ərazisində «reket nəşrlər» yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.
Hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb. Cinayət məsuliyyətinə cəlb edilənlər zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib.
Deməli, artıq bu yolla pul qazananlar cinayətkar qruplaşmaya, cəmiyyətdə təhlükə mənbəyinə çevriliblər.
Ən alçaq yollara əl atan bu tip «həmkarlar» xüsusilə də Bakıdan kənar, necə deyərlər, nisbətən «gözdən uzaq, könüldən iraq» yerləri seçirlər ki, fəaliyyətləri çox da səs-küyə səbəb olmasın. Bu «mətbuat» qurumlarının yerləşdikləri birotaqlı, bir divan və bir stoldan ibarət ünvanları, ayda, ildə bir dəfə nəşr olunmaları, gündə iki-üç xəbər dərc etmələrindən məlum olur ki, məqsəd peşəkar jurnalist fəaliyyəti deyil, çirkin yollarla pul qazanmaqdır.
Hər kəs anlamalıdır ki, heç bir mətbuat nümayəndəsinin, həmçinin özünü mətbuat nümayəndəsi kimi təqdim edən şəxsin şantaj etmək, hədə-qorxu gəlmək, pul tələb etmək, gizli çəkiliş aparmaq hüququ yoxdur. Lakin bu «reket»lər çoxbilmişdirlər. Adətən şəxsi həyatı gündəmə gətirməklə hədələyir və pul tələb edirlər. Gözü kölgəli olan şəxs isə aidiyyəti qurumlara müraciət etmək əvəzinə, çıxış yolunu «reket»ləri yedirtməkdə görür.
Problemin həllini təkcə rəsmi qurumların üzərinə atmaqla iş bitmir. Hər halda mətbuat sahəsində «reketlik»lə kimlərin məşğul olması gizli deyil. Deməli, peşəkar jurnalistlər əl-ələ verərək «reket»lərin Azərbaycan mətbuatından kənarlaşdırılmasına, onların ifşa olunmasına dəstək verə bilərlər.
Bundan başqa, nailiyyətləri, peşəkarlığı, fəaliyyəti göz qabağında olan qəzet, jurnal, informasiya agentlikləri, portalları istisna olmaqla, digər KİV-lərdən illik hesabat tələb olunmalı və fəaliyyətləri daim nəzarətdə saxlanmalıdır. Qoy belə şəxslər təkcə KİV orqanı kimi qeydiyyatdan keçməklə işlərinin bitdiyini düşünməsinlər.