İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
08:21 | 15 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1147 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Prezident İlham Əliyevin İranla və güney azərbaycanlılarla bağlı son açıqlamaları Tehran rejimini silkələyib. İran parlamentində rejimə bağlı bir qrup millət vəkili İlham Əliyevi və Azərbaycanı hədəf alan açıqlamalar veriblər.
İçərilərində bəziləri köhnə nağılı təkrarlayıblar: “Gülüstan müqaviləsinə görə Azərbaycan İrandan ayrılıb”. Mitinq və küçə yürüşlərində həbs olunanlara ölüm cəzası təklif edən parlamentin Gülüstan müqaviləsi haqqında danışması gülüncdür. İran rejiminə qulluq edənlər inkarçıdırlar. İran Rusiyaya Ukraynanı bombalamaq üçün dronlar verir, yalandan deyirlər ki, “verməmişik”, İran maşınları Qarabağa qanunsuz yüklər daşıyırdılar, deyirdilər ki, “belə bir şey olmayıb”, imkanları olsa Urmiya gölünün qurumadığını da söyləyərlər.
İran-Azərbaycan münasibətlərinin hazırkı gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər. Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib. Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırkı şərtlər daxilində İrana səfər təhlükəlidir.