vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DİGƏR NÖVLƏR  
18:05 | 25 iyun 2014 | Çərşənbə Məqaləyə 1826 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şumaxerin «xəstəlik tarixçəsi» oğurlanıb

Kehm Sabina: «İctimaiyyətə açıqlanmayılası sənədlər satışa çıxarılıb»

«Telegraph» bildirib ki, oğurluq hadisəsi haqqında artıq polisə məlumat verilib. Alman hökuməti tibbi sənədləri yayan şəxslərin məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edib.


Şumaxerin meneceri onun tibbi sənədlərinin oğurlandığını və satış üçün mətbuata təklif olunduğunu bildirib. Sənədlərin Qrenobl xəstəxanasından oğurlandığı güman edilir.

Xatırladaq ki, ötən ilin dekabr ayında Fransanın Meribel Alp kurort mərkəzində xizək qəzasına düşən 45 yaşlı Şumaxer 6 aydır ki, xəstəxanada idi. Formula-1 «əfsanəsi» ötən həftə komadan çıxan kimi Fransanın Qrenobl şəhərindəki Lozanna Universiteti xəstəxanasına aparılmışdı. 

Şumaxerin xəstəlik tarixçəsi və cərrahiyyə əməliyyatları haqqında sənədlər üçün 50 min avro tələb olunduğu bildirilir. Yeddiqat çempionun meneceri Kehm Sabina oğurlanmış sənəd və məlumatların bir neçə gündür satışa çıxarıldığını deyib.

«Bu sənədlərin əsl olub-olmadığı haqqında bir söz deyə bilmərik. Hər halda, sənədlər oğurlanıb. Oğurluq hadisəsi qeydə alınıb. Hökumət də bu işə qarışıb. Biz çox açıq şəkildə bildiririk ki, bu sənəd və məlumatların alınmasına və yayılmasına yol vermək olmaz. Xəstəlik tarixçəsinin içindəki bütün sənədlər çox özəl və gizlidir. Bunlar ictimaiyyətə açıqlanmamalıdır. Ona görə də biz sənədlərin yayılması və zədələnməsi ilə bağlı bütün hallarda məhkəməyə müraciət edəcəyik», - xanım Kehm deyib.