Sərnişinləri qorxudan şəxs tapıldı
Anar Məmmədovun psixoloji problemləri var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Artur Sərkisyan Azərbaycanda doğulub, amma...
Almaniyada partlayış törətmək istəyən «azərbaycanlı» erməni imiş
-
«Sükan arxasında Nail Allahverdiyev olub»
DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı
-
«Bundan sonra jurnalistlərlə...»
DİN-in mətbuat xidmətinin yeni rəisi: «... Təyinat olacaq»
-
«Dubinka ilə döydülər, təpiklədilər»
DİN Lənkəranda özünü polis idarəsinin pəncərəsindən atan qadın: «Rəis dedi ki, onu aparıb toka qoşun»
-
«3-5 nəfərə görə ...»
DİN dövlət sirri ilə bağlı Prezident Administrasiyasına təkliflər verdi
-
«Rayonda narkomaniya güclənib»
Deputatın bu iddiasına DİN-dən sərt reaksiya gəldi
-
DİN dindarların davasını araşdırır
Sabirabaddakı saqqalkəsməyə Ehsan Zahidovdan münasibət
-
Bakı metrosunda şalvarsız «flaşmob»
Martın 1-i keçirilməsi gözlənilən aksiyanın təşkilatçılarına DİN-dən xəbərdarlıq
Ötən gün Bakı-Gəncə istiqamətdə hərəkətdə olan sərnişin avtobusunda insanları təşvişə salan şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə barədə məlumat daxil olan kimi, Gəncə şəhər Baş Polis İdarəsinn əməkdaşları sərnişinləri qorxudan şəxsin kimliyini müəyyən etmək üçün dərhal müvafiq tədbirlərə başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həqiqətən də, qeyd olunan vaxtda bir nəfər sərnişinləri vahiməyə salıb. Əməliyyat zamanı həmin şəxsin kimliyi bilinib.
Məlum olub ki, həmin şəxs Gəncə şəhər sakini, ruhi xəstəlikdən əziyyət çəkən 1986-cı il təvəllüdlü Anar Məmmədovdur. Polis əməkdaşları dərhal həmin şəxsin yaşadığı ünvanda olaraq, onunla görüşüblər. Polis əməkdaşları həqiqətən də, həmin şəxsin davranışlarında müəyyən problemlər olduğunu aşkarlayıblar.
Bundan başqa, o da aydınlaşıb ki, A.Məmmədov uzun müddətdir Gəncə şəhər əsəb dispanserliyində müalicə olunur.
Həmçinin araşdırmalar zamanı o da müəyyən olunub ki, əslində Anar Məmmədov avtobusda qəfildən ayağa duraraq insanlara məsləhət verməyə başlayıb. O, bəzi qida məhsullarının insan orqanizmi üçün təhlükəli olduğunu bildirib və məsləhətlər verib. Onun qeyri-müəyyən davranışları insanları qorxudub. Lakin onun əlində bıçaq, yaxud da, hansısa kəsici alət olmayıb. Bu barədə avtobus sürücüsü də izahatında bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul olunacaq.