«3-5 nəfərə görə ...»
DİN dövlət sirri ilə bağlı Prezident Administrasiyasına təkliflər verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Qanunda ədalət aramayın...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
-
“Polisin güvənc yerinə çevrilməsi ...”
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
-
25 illik xidmətin ən ali mükafatı
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
-
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
-
Bakıda yol çökdü
FHN və DİN əməkdaşları hadisə yerində
-
Astara polisində ölüm
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
-
Millətçilərimiz niyə sekulyardı?
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
-
Bütün bunları niyə edirik?
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
-
Prezident generalı vəzifəsindən azad etdi
Daxili Qoşunların qərargah rəisi istefaya göndərildi
-
«Adəm ilk insan deyil»
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
-
«Tapıb nə edəcəksiniz?»
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
İntihardan əvvəl məktub yazıbmış
Penitensiar Xidmət Hacı Məmmədovla bağlı açıqlama yaydı
-
«Dəqiq bilmirik - ölüb, ya yox»
Hacı Məmmədovun ailəsi: «Cəsədi hələ də bizə verməyiblər»
-
«Deyirlər, sağ-salamat oturub...»
Hacı Məmmədovun ailəsi onun intiharından xəbərsizdir
Dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub. Bunu «Trend»in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib.
Rəis müavini qeyd edib: «Müstəqilliyimizin ilk illərində - Silahlı Qüvvələrimizin hələ formalaşmadığı bir dövrdə milli müdafiə funksiyalarını həyata keçirən, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1695 şəhid vermiş, 1710 nəfəri yaralanmış, 68 əməkdaşı «Milli Qəhrəman» adına layiq görülmüş daxili işlər orqanlarının əməkdaşlarına qarşı bəzi kütləvi informasiya vasitələrində aparılan «gözdənsalma» kampaniyası onları çox narahat edir. Artıq uzun illərdir ki, Azərbaycan sabitliyin, əmin-amanlığın qorunması sahəsində, eləcə də əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığı baxımından dünyanın öncül dövlətlərindən biridir. Bəs belə olduğu təqdirdə bəzi media orqanları tərəfindən polisə göstərilən soyuq münasibətin səbəbi nədir? Deyək ki, polisin sıralarında öz xidməti vəzifələrini layiqincə yerinə yetirməyən 3-5 nəfər olursa belə, buna görə dövlətin mühüm bir qurumunun fəaliyyətinə qara yaxmaq, onu gözdən salmağa yönəlik yazılarla ictimaiyyətə mənfi obrazda təqdim etmək nə qədər ədalətlidir? Bizə yaxşı məlumdur ki, belə münasibət hansı məqsədlərdən qaynaqlanır».
E.Zahidov bildirib ki, DİN haqlı tənqidi tamamilə qəbul edir və ondan lazımi nəticə də çıxarır. Ancaq əsassız, təhqir və böhtan dolu, mahiyyətcə qərəzli yazıları heç bir vəchlə qəbul etmir: «Çünki polis öz fəaliyyətini yalnız xalqa, dövlətə və onun qanunlarına xidmət etmək amalı üzərində qurub və bu yoldan heç vaxt dönməyəcəkdir».
DİN rəsmisi deyib ki, Azərbaycanda ictimai asayişi etibarlı qoruyan, cinayətkarlığa qarşı daim barışmaz mübarizə aparan, bu yolda yüzlərlə paqon yoldaşını itirən polis əməkdaşlarının Azərbaycan mətbuatından gözlədiyi yalnız bir şey var - polisin fəaliyyəti barədə ictimaiyyətə doğru-düzgün, obyektiv və dəqiqləşdirilmiş məlumatları çatdırmaq, polisdən heyf çıxmaq, şəxsi maraqlara görə və qisasçılıq niyyəti ilə uydurulmuş məlumatların, şayiələrin yayılmasına yol verməmək.
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin rəis müavini bu məsələlərə avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.