vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MƏMLƏKƏT  
11:56 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2689 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rayonda narkomaniya güclənib»

Deputatın bu iddiasına DİN-dən sərt reaksiya gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Daxili İşlər Nazirliyi millət vəkili Fərhad Qəribovun Kürdəmir Rayon Polis İdarəsinin rəisi ilə bağlı ittihamlarına cavab verib.

Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov «Qafqazinfo»ya bildirib ki, müasir zamanda narkomaniya adlı bəla bütün dünyanı narahat edən bir məsələdir və bu problem Azərbaycandan da yan keçməyib: «Narkomaniya ilə mübarizənin daha da gücləndirilməsinə dair Cənab prezidentin imzaladığı iki Dövlət Proqramımız var. Bu sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Respublikanın bütün hüquq-mühafizə orqanları, o cümlədən daxili işlər orqanları qarşılıqlı fəaliyyət göstərirlər. Narkomaniya ilə mübarizədə müəyyən uğurlar, müsbət nəticələr də əldə olunur və bu iş fasiləsiz olaraq da davam etdirilir. Elə bunun nəticəsidir ki, şükürlər olsun ki, bu sahədə vəziyyət Azərbaycanda elə də kritik həddə deyil.

O ki qaldı hörmətli deputatın fikirlərinə, onun narahatlığı başadüşüləndi. Amma Kürdəmirdə istər narkomaniya ilə bağlı vəziyyət, istərsə də bu bəla ilə mübarizə Respublikamızın digər bölgələrindən fərqlənmir. Yəni ümumi problem var və ona qarşı da ümumi mübarizə aparılır.

Kürdəmir RPŞ-nin rəisi də peşəkar polis zabitlərimizdən biri olmaqla rayona rəis vəzifəsinə təyin olunduqdan sonra narkotiklərlə mübarizəni gücləndirib və deyərdim ki, müsbət nəticələr də əldə olunub. Amma bununla belə, bu bəla ilə mübarizədə vətəndaşlarımız da, deputatlarımız da, mətbuatımız da, bir sözlə hamılıqla hüquq mühafizə orqanlarına kömək etməliyik, dəstək olmalıyıq».

Xatırladaq ki, F. Qəribov sözügedən açıqlamasında demişdi: «Rayon sakinləri daha çox Kürdəmir Rayon Polis İdarəsinin rəisindən narazıdır. Rayonda narkomaniya güclənib. Mübarizə zəif gedir. Başqa narazılıqlar da var. Geniş danışmayacam. Bir neçə aydır ki, rayonda deyiləm. Rayona gedəndən sonra bu məsələ ilə daha yaxından maraqlanacam. Rəislə görüşüb məsələləri yoluna qoymağa çalışacam».