vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
12:45 | 5 avqust 2017 | Şənbə Məqaləyə 3161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sükan arxasında Nail Allahverdiyev olub»

DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində «Mercedes Gelandewagen» markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda virtualaz.org saytına ətraflı açıqlama vermişdi.

Bu dəqiqələrdə isə DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntülərinin araşdırıldığını və «Mercedes Gelandewagen» markalı avtomobilin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğunun müəyyən edildiyini bildirib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.