
«Peşmanam»
Əli Həsənovun nəvəsi ifadə verdi
Əli Həsənovun nəvəsi ifadə verdi
«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir
Əli Həsənovun nəvəsinin yüksək sürətlə sürdüyü maşınla törətdiyi faciəli qəza köhnə problemi gündəmə gətirib
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»
Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?
Bakıdakı «Gelandewagen» qəzası deputatı mandatsız qoya bilər
Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu
Nəvənin maşın kolleksiyası - «Niva»dan tutmuş «Bentley»ə qədər
«Hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək»
Astan Şahverdiyev: «Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub?»
Sürücünün hadisəni törətdikdən sonra qaçması cinayəti daha da ağırlaşdırır
DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı
DİN Bakıdakı səs-küylü «Gelandewagen» qəzası haqda açıqlama verdi
«Mercedes Gelandewagen» qırmızı BMW ilə ötüşürmüş?!
Ürəyi zəif olanlar baxmasın!
Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib. YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a açıqlamasında deyib ki, qəza törədən sürücünün həbs olunması Azərbaycanda qanunun hamı üçün eyni olduğunu bir daha sübut etdi.
«Bu hadisə kimliyindən, kiminlə qohum olmağından asılı olmayaraq qanunun aliliyi, törətdiyi əmələ görə hər kəsin qanun qarşısında cavab verməli olduğunu göstərir. Azərbaycanda qanun hamı üçün eynidir. Burada kiminləsə qohumluq və ya hansısa xidmətlər heç vaxt nəzərə alınmayacaq.
Vəzifədə və nüfuzda olan hər bir kəs ailə üzvlərinə görə mənəvi məsuliyyət daşıyır. Onların davranışı, hərəkəti, atdığı addımlara görə vəzifə tutan şəxslər hüquqi olmasa da, mənəvi məsuliyyət daşıyırlar».
Millət vəkili vurğulayıb ki, sürücü N.Allahverdiyevin həbsi məmurlara növbəti xəbərdarlıqdır: «Hamıya xəbərdarlıq edildi ki, öz ailə üzvlərinizə nəzarət edin. Onların hərəkətlərinə görə, mənəvi cavab verməyi bacarın. Gənclərimizi qanuna hörmət etmək, hamı üçün eyni olan qaydalara riayət etmək və cəmiyyətdə hər kəsin hüququnun qorunmasına hörmətlə yanaşmaq ruhunda tərbiyə etmək lazımdır. Hadisəyə görə dövlət tərəfindən verilən rəsmi reaksiyalar cəmiyyət tərəfindən müsbət qəbul olunur. Hesab edirəm ki, bu, bir çox hərəkətlərin qarşısını almağa və səhv yolda olan gəclərmizi öz səhvini dərk edərək atdığı addımlardan nəticə çıxarmağa gətirib çıxaracaq».