«Dubinka ilə döydülər, təpiklədilər»
DİN Lənkəranda özünü polis idarəsinin pəncərəsindən atan qadın: «Rəis dedi ki, onu aparıb toka qoşun»
Gülnar ƏLİYEVA, Foto Samirə HƏSƏNOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
45 dəqiqəlik işi 8 saniyəyə görüb
ABŞ-da polis hesabatlarında süni intellektin istifadəsi reaksiya doğurdu
-
Kolumbiyada terror təhlükəsi
Polisin basqın etdiyi evdən çoxlu partladıcı maddə tapılıb
-
Haqq-ədalət yerini tapanda...
Lənkəran Dövlət Dram Teatrının yeni tamaşası haqqında
-
Çevriliş planında rus barmağı?!
Həbs olunanlar 28 nəfərdən biri Rusiya vətəndaşıdır
-
27 saatda 260 dəfə zəng
Polis ələ salıb təhqir edən şəxs həbs olundu
-
İcra başçısı müavini işdən qovdu
Məktəblini döydüyünə görə ...
-
Lənkəranlı məktəbli niyə döyülüb?
İcra başçısının müavinilə bağlı araşdırma başlanıb
-
... İlk ikisi üçün bilikdən çox həyasızlıq lazımdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
-
Qadir Lənkərana qayıtdı
Doğulduğu yerə, keçmişinə ...
-
Qanunda ədalət aramayın...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
-
“Polisin güvənc yerinə çevrilməsi ...”
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
-
25 illik xidmətin ən ali mükafatı
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
-
Dəbdə olan fırıldağ
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
-
Bakıda yol çökdü
FHN və DİN əməkdaşları hadisə yerində
-
Astara polisində ölüm
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
-
Millətçilərimiz niyə sekulyardı?
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) özünü Lənkəran Rayon Polis İdarəsində pəncərədən atan 46 yaşlı Yaqut Əliyeva ilə bağlı insidentə görə təəssüfləndiyini bildirir. Bunu virtualaz.org-a DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
E. Zahidovun sözlərinə görə, Yaqut Əliyeva polis idarəsinə operativ məlumatlar əsasında gətirilib.
2013-cü ilin may ayında Şürük kəndində Fəxriyyə Huseynovanın cəsədi tapılmışdı. Araşdırmanın gedişatı zamanı məlum olmuşdu ki, bu kəndin sakinləri Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənova soyğunçuluq məqsədi ilə Fəxriyyə Həsənovanın evinə giriblər. Onlar oradan 9100 manat pul və qiymətli əşyalar oğurlayıblar. Ev sahibəsini isə elektrik sobasının üzərinə itələyiblər və nəticədə o, dünyasının dəyişib.
Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə cinayət işi açılıb. Hər üç şübhəli öz günahını etiraf edib.
«Görünür, ifşa edildiklərini, cəza çəkməli olduğunu anladığından belə addım atıb. Yaqut Əliyevaya polisdə heç bir fiziki və psixoloji təzyiq olmayıb. Daxili İşlər Nazirliyi və prokurorluq bu iş üzrə araşdırmanı davam etdirəcək», - deyə E.Zahidov bildirib.
***
13:35
Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır.
Virtualaz.org-a polis idarəsində başına gətirilənləri danışan zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edir. Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.
Zərərçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar.
«Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımovun otağına apardılar. O, polislərə dedi ki, aparın bunu toka qoşun. Orada rəis müavinin gözünün qarşısında “dubinka” ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırılar», - deyə Y.Əliyeva bildirir.
Zərərçəkmişin sözlərinə görə, polis idarəsində döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar. Qadın orada başına gətirilən işgəncələri danışaraq qonşunun ölümünü zorla boynuna qoyulduğunu bildirib. Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, qapıdan çıxarkən polis əməkdaşları ondan əl çəkməyiblər. Qollarından tutub maşına basaraq yenidən bölməyə gətiriblər. Y.Əliyeva bu dəfə daha möhkəm döyülüb və ondan prokurorluqda verdiyi ifadəni dəyişdirməsini istəyiblər. Döyülmə prosesində Əlifağa Kazımov özü də iştirak edib.
«Bu dəfə ölənin adamları da idarədə idi. Onlar da məni vəhşicəsinə döydülər. Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Məni döyə-döyə telefona çəkirdilər. Ə.Kazımov məni təpiklə döydü, dedi ki, bu gecə başına oyun açacağam. Sonra polislərə dedi ki, bunu aparın aşağı necə lazımdı dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım», - deyə Y.Əliyeva qeyd edir.
Yıxılanda polislər qadını dövrəyə alıblar ki, birdən yaxınlıqdakı binaların yuxarı mərtəbəsindən kimsə hadisəni görüb kameraya çəkə bilər. 3 gün Lənkəran Rayon Xəstəxanasında qalan qadını polis əməkdaşları gecə yarısı Təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Ailəsinə, uşaqlarına onun özünü atması və işgəncələrlə bağlı heç nə deyilməyib.
«Uşaqlarım balacadır - 6, 10, 13 yaşlarında. Yoldaşım rəhmətə gedib. Dalımca anam uşaqlarla birlikdə yemək gətiribmiş, onlara özümü atdığımı deməyiblər, deyiblər izahatını alıb buraxacağıq. Neçə gündür əməliyyatımı da ləngidirlər. Xəstəxana pulsuz əməliyyat edir, amma qiyməti 1800 manata yaxın olan mil alınmalıdır. Onurğa sümüyüm sınıq-sınıqdı, amma dağılmayıb. Dünən Ə.Kazımovun köməkçisi bura gəlmişdi. Mənə dedi ki, niyə özünü ayaq üstə atmısan, başı üstə atardın, ölərdin də. Sonra qardaşımla danışıb. Ona pul təklif edib, deyib ki, mil üçün lazım olan pulun 1500 manatını biz verərik, üstünü özünüz düzəldin, əməliyyat olunsun. Amma bir şərtlə ki, bu məsələ bağlansın, qalanını özümüz ört-basdır edərik».
Y.Əliyeva 2013-cü ildə dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıdığını deyir. Onun sözlərinə görə, qadın elektrik sobasının üstünə yıxılaraq ölüb, onun qonşusunun ölümü ilə heç bir əlaqəsi yoxdur:
«Mən Fəxriyyə ilə tanış idim. Onun xəstə anasının altını da mən təmizləmişəm. Kasıb adam idi, kömək edirdim. Mənə borcu olan qonşuların polislə əlaqəsi var, onlar birlikdə bu işi planlayıblar. Mənim boynuma almadığımı görüb hadisəni o biri qonşum Elgün Həşimovun üzərinə atıblar ki, guya ikimiz F.Hüseynovanı boğmuşuq. İndi də Elgünü inzibati həbsdə saxlayırlar, guya polisə müqavimət göstərib», - deyə zərərçəkmiş bildirir.