vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
08:17 | 28 iyun 2014 | Şənbə Məqaləyə 3323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni postu dağıdıldı

Cəbhədə atışma davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Tovuzun Əlibəyli kəndində güclü atışma gedir. Ötən gün saat 23:00 radələrindən Tovuz rayonunun Əlibəyli kəndi düşmən tərəfindən atəşə tutulub.


Vaxt.az-ın məlumatına görə, kənd icra nümayəndəsi Valeh Rzayev «ANS Press»ə bildirib ki, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb. Hamı təlaş içindədir.

Azərbaycan Ordusu isə qarşı tərəfi susdurmaq üçün hərəkətə keçib. Ermənilərin mövqelərinə edilən hücum nəticəsində qarşı tərəfin postu dağıdılıb, neytral zonada isə yanğın meydana gəlib. 

Kənd sakinlərindən xəsarət alan olmayıb.