vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
00:51 | 10 avqust 2014 | Bazar Məqaləyə 3273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni ordusunda başıpozuqluq

Döyüş növbətçiliyinə mülki şəxslər də cəlb edilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbhə bölgəsinə gedən jurnalistlər Tovuz rayonunda sərhəd kəndlərindəki vəziyyətlə tanış olublar. Modern.az-ın bölgədəki əməkdaşı xəbər verir ki, Tovuzdakı «N» saylı hərbi hissənin qərargah rəisi Ermənistan ordusundakı başıpozuqluq barədə məlumat verib. O, bildirib ki, erməni silahlı birləşmələrinin şəxsi heyəti arasında döyüş növbətçiliyi çəkmək üçün hərbçilər çatışmadığından döyüş növbətçiliyinə yerli əhali cəlb olunur.

Verilən məlumatlara görə, həmin şəxslərə bunun müqabilində müəyyən muzd ödənilir. Muzdun məbləğinin təxminən 150 dollar civarında olduğu ehtimal edilir.

Azərbaycan Ordusunun zabiti onu da bildirib ki, qarşı tərəfdən mövqelərimiz gündüz saatlarında ara-sıra, gecələr isə intensiv şəkildə kiçik və iriçaplı silahlardan atəşə tutulur. Xüsusən də Tovuzun Əlibəyli kəndindəki mövqelərimiz atəşə məruz qalır. Düşmənə layiqincə cavab verilir, onların texnikası və şəxsi heyəti məhv edilir.

Qərargah rəisi vurğulayıb ki, şəxsi heyət bir addım da geri çəkilmək fikrində deyil.