Ermənilər təşvişdə
Sərhəddəki əhali evlərini tərk edib, 3 kənd boşalıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginlik, cəbhədəki aramsız atışmalar düşməni əməlli-başlı təlaşlandırıb. «Son hadisələrdən sonra erməni işğalında olan sərhəd kəndləri demək olar ki, boşaldılıb». Bunu Modern.az saytının cəbhə xəttinə ezam olunmuş əməkdaşına Tovuz rayonundakı «N» saylı hərbi hissənin yüksək rütbəli zabiti deyib. Onun sözlərinə görə, düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfi gülləbaran etməsindən sonra həmin kəndlərin erməni sakinləri qorxuya düşərək, evlərini tərk ediblər.
Zabit bildirib ki, hərbçilərimizin müşahidəsinə əsasən, Tovuzla üzbəüz olan, ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar, Masasxek kəndləri demək olar ki, boş qalıb. «Həmin yaşayış məntəqələrində əhalinin 90 faizi qaçıb»-deyə Azərbaycan Ordusunun zabiti vurğulayıb.
Müsahibimiz Azərbaycanın Ermənistanla sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk etmək, əksinə öz şəraitlərini daha da yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib:
«Diqqət etsəniz görərsiniz ki, burada yeni evlər tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidəndə evlərini tərk etmir. Əksinə, bu günlərdə sakinlərimiz, xüsusən də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi adamı heyran edir».