vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
16:15 | 30 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O, hamıya sataşır»

Deputatdan oğlunun «avtoş»luğu ilə bağlı açıqlama gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı Elmira Axundova qonşusu Sahib Aşurovun, onun və oğlu Həbib Axundov barəsində dediyi ittihamlara cavab verib. Hazırda ölkədə olmadığını vurğulayan E.Axundova Publika.az-a açıqlamasında gələn kimi bu məsələni araşdıracağını deyib.


«Bizdən şikayət edən o şəxs çox pis adamdır. O, hamıya sataşır. Hətta məhəllədə onu «demaqoq» kimi tanıyırlar. Biz heç kimə sataşan adam deyilik. Ancaq o, bizə, oğluma sataşır».

Qeyd edək ki, bir müddət əvvəl Bülbül prospekti 65, mənzil 30 ünvanında yaşayan Sahib Aşurov millət vəkilinin oğlunun burada qeyri-qanuni avto yuyucu məntəqəsi açdığını və dostları ilə buradakı avtomobillərlə «avtoş»luq edərək qonşuları narahat etməsi barədə mətbuata müraciət etmişdi.

Bu məsələyə də münasibət bildirən Elmira Axundova deyilənlərlə razılaşmır:

«Oğlum heç o binada yaşamır, orada necə «avtoş»luq edə bilər? O binada mən yaşayıram. Oğlumun evi başqa yerdədir. Sadəcə olaraq, o həyətdə balaca «moyka» var və orada da 5-6 avtomobil yuyulur. O adam isə 13-cü mərtəbədə yaşayır. Axı «moyka» onu niyə narahat edir?

«Moyka» 9-da başlayır, axşam 6-da bağlanır».

E.Axundova ölkəyə qayıdandan sonra sözügedən şəxsi məhkəməyə verəcəyini də söyləyib.