vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
12:58 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 3262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əmlakım girovdur»

«Borcumuz olduğu üçün yüksək məbləğdə kredit götürmüşəm...»

Hafiz ƏHMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin deputatı Elmira Axundova bankların təqdim etdikləri kredit faizlərinin yüksəkliyindən narazıdır. O, AzVision.az-a açıqlamasında bildirib ki, hazırda həm maşını, həm də evi kreditdədir:

«Ödənişlərlə bağlı heç bir problemim yoxdur. Çünki vaxtında ödənişlərimi edirəm. Hesab edirəm ki, kredit faizləri həddindən artıqdır. Maşın 30 minədir, amma 50 min manat ödəməlisən. Faktiki olaraq iki maşının pulunu ödəyirsən. Mən yüksək faizlərdən narazıyam. Xüsusi ilə camaat maşın alan zaman çox çətinlik çəkir. Mənim köməkçim 8 minlik maşın kreditə götürüb, amma 18 min ödəməlidir. Bu insafsızlıqdır və qazandığı pulları kreditə ödəyir. Camaata güzəştlər edilməlidir. Onların güzəranları elə də yaxşı deyil ki bütün maaşlarını kreditə ödəsinlər. Ona görə mən çox istəyirəm ki, faizlər aşağı salınsın. Hərçənd ki, banka pulumuzu qoyanda bizə 9-10 faiz verirlər. Amma biz həmin banklardan kredit götürəndə 18-20 faizlə verirlər. Bu rəqəm 5-6 faiz endirilsə normal olar».

Daha sonra E. Axundova qeyd edib ki, hazırda oğlu və özünün adına da kreditlər götürüblər:

«Bizdə hamının adına kredit var. İndi kreditdən istifadə etməyən adam yoxdur. Mənim oğlum və özümün adımda iki kredit var. Borcumuz olduğu üçün yüksək məbləğdə kredit götürmüşəm və evimi girov qoymuşam. Faiz yüksək olduğu üçün çox çətindir. İndi kreditsiz ailə yoxdur», - deyə millət vəkili bildirib.