vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
19:34 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 3065 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Deputatın iradı

«Bizdə elə maşın nömrələri var ki, polis onlara yaxınlaşmağa qorxur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İndi qocalmışam. Gün o gün olsun ki, Bakı-Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq biz əgər yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq».

«Qafqazinfo» xəbər verir ki, bunu millət vəkili Araz Əlizadə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yollarda qəza hadisələrinin sayının çox olması probleminə toxunarkən deyib. O qeyd edib ki, hazırda yollarda cavanlar tüğyan edirlər: «Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömərləri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin, qəzalar yenə də baş verəcək».

Millət vəkili Elmira Axundova da həmkarının fikrini dəstəkləyib. O qeyd edib ki, bu qədər işlər görülməsinə baxmayaraq yollarımızda biabırçı vəziyyət müşahidə olunur: «Bu, dəhşətdir. Bizdə Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olub. Həmin bu ildən sonra isə 50 min nəfər yollarda ölüb. Bu yaxınlarda 3 nəfər turist həlak olub. Camaat bura ölməyə gəlmir ki... Mən çox həyəcan keçirirəm. Bizim yollarımızda pis vəziyyət var. Bununla bağlı qanun layihəsi hazırlanmalıdır».