«Elçibəy Azərbaycan üçün nə edib ki?»
Millət vəkili: «Onun tərcümeyi-halında da iki fakt öz əksini tapıb»
Gültəkin ƏLƏSGƏR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ziya Bünyadovun qətlindəki sirr
Hakimiyyətdə olan bəzi güclər tarixin yenidən yazılmaması üçün akademikə təzyiqlər ediblər
-
Sevgi, sadəlik, diqqət ...
Elçibəy başdan ayağa vicdan idi
-
“...Onun adını daşıyacaq”
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
-
Elçibəyin oğlu əsəbləşdi
“Atamın adından saxta profil açıb....”
-
İdrakı olanların Elçibəyi
Xalq onu olduğu kimi tanıdı, sevdi, qınadı, dəyərləndirdi: “O, təmiz adam idi”
-
«Mənim ailəmə qarşı təhqir olmayıb və ola da bilməz»
Elçibəyin oğlundan Siyavuş Novruzova cavab
-
«Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın»
Millət vəkili merə müraciət etdi
-
Ömrümüzdən qopanlar
Bilikli, geniş dünya görüşlü, təvazökar, saf adam
-
Xatirə
Elçibəyin qardaşına yazdığı və heç yerdə getməyən məktubunun məzmunu
-
«Ola bilər ki, məhkəmədən ərizəmi geri götürüm»
Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi
-
«Heç bir üzrdən söhbət gedə bilməz»
Hacı Qalib Çingiz Qənizadənin barışıq təklifini rədd etdi
-
Şeyxin qudası ilə deputat arasında məhkəmə başladı
Keçmiş deputat hazırlıq iclasına gəlmədi
-
Rafiq İsmayıl vəfat etdi
Azərbaycanın sabiq prezidentinin müşaviri uzun sürən xəstəlikdən əziyyət çəkirdi
-
Milli Məclisdə bank faizlərinə, bahalığa və «Kürdüstan»a etiraz
«Tərəfli mövqe tutan insanların bu cür postları tutması səviyyəsizlikdir»
-
Elçibəyin cənazəsi ilə birgə Bakıya bir çanta pul gətirilibmiş
Mirmahmud Mirəlioğlu: «Çanta Əbülfəz bəyin cənazəsini aparan maşına qoyuldu...»
-
«Qan qardaşıyla birləşə bilməyən adam...»
Mirəlioğlu: «Zərdüşt Əlizadə ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi»
Dünyasını dəyişmiş mərhum dövlət rəhbərlərinin xatirəsinin əbədiləşdirilməsi həmişə mübahisəli olub. Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra da bu mövzu ətrafında fərqli fikir söylənir. Belə ki, sözügedən qanun müstəqillik illərini əhatə edir, sovet dövrünün dövlət xadimləri bu güzəştlərdən kənarda qalıb. Hətta hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilini dövlət dili elan edən Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin eks-birinci katibi İmam Mustafayevin belə, xatirəsini əbədiləşdirən nəsnə yoxdur.
Deputat c Modern.az saytına bildirib ki, siyasi həyatda mühüm rolu olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi üçün addımların atılması məqsədəuyğundur. Belə bir məsələnin qanunla tənzimlənmədiyini deyən Ç.Qənizadənin sözlərinə görə, bu, icra orqanlarının işidir və Prezident tez-tez belə sərəncamlar verir.
«Dövlət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, yubileylərin keçirilməsi ilə bağlı sərəncamlar verilir. Hesab edirəm ki Azərbaycanda heç kim unudulmayıb. Müəyyən küçə və prospektlərə, hansısa yerlərə, məsələn, metrostansiyalara, parklara dünyasını dəyişmiş Azərbaycan dövlət rəhbərlərinin adları verilə bilər. İndiki hakimiyyət dövründə eks-prezidentlər haqqında qanun qəbul olundu və məhz eks-prezidentlərə olan münasibət göstərdi ki, biz tarixi danmaq istəmirik. Onlar pis, yaxşı Azərbaycan tarixində olublar. Ola bilər ki, fəaliyyəti kimlərisə qane edib, kimlərisə yox. Amma tarixi reallığı qəbul etməliyik. Təbii ki, onların xatirəsinin əbədiləşdirilməsi üçün addımların atılması məqsədəuyğundur. Hesab edirəm ki, zaman-zaman bu addımlar atılır. Yaddan çıxanlar varsa təbii ki, ictimai rəy hazırlanır, mətbuatda bununla bağlı yazılar verilir, yada salınır. Bir sözlə, burada hər hansı qısqanclıq və yaxud qeyri-maraq ola bilməz. Dövlət bu cür insanların statusunu rəsmiləşdirməkdə maraqlı oldusa, bu adların verilməsində də maraqlı ola bilər və olacaq».
Həmkarından fərqli olaraq Fəzail Ağamalı dövlət xadimlərinin adlarının əbədiləşdirilməsinin qanunvericilikdə tutarlı şəkildə öz əksini tapmalı olduğunu deyir. Onun sözlərinə görə, əgər qanunvericilikdə belə bir şey yoxdursa, o zaman məsələni gerçəkləşdirmək mümkün deyil.
«Eks-prezidentlər haqqında qanunda bunun nə dərəcədə öz əksini tapdığı mənə məlum deyil. Amma onu deyim ki, sovet dövründə elə bir rəhbər olmayıb ki, onun xatirəsi əbədiləşdirilsin. Ulu öndərin siyasəti, iradəsi, potensialı nəticəsində Azərbaycanda ciddi işlər görüldü. Lakin onun da fəaliyyəti Moskva tərəfindən məhdudlaşdırılırdı. İmkan verilmirdi ki, o, Azərbaycan dövlətinə istədiyi kimi rəhbərlik etsin. O sistemin qurduğu siyasətin nəticəsi idi ki, Azərbaycanın rəhbərləri tam müstəqil deyildilər. Müstəqil olmadıqları üçün də müstəqil dövlətin müstəqil rəhbərləri deyildilər. Bu baxımdan belə bir məsələnin gündəmə gətirilməsinin tərəfdarı deyiləm».
Belə bir məsələnin gündəmə gətirilməsini naftalin iyi verən retro adlandıran F.Ağamalı həmin şəxslərin Azərbaycan dövlətçiliyində heç bir xidmətlərinin olmadığını söyləyib.
«Onların nə xidmətləri olub? İmam Mustafayev və ya Əbülfəz Elçibəy nə edib? Elçibəy prezident oldu, müəyyən islahatlar keçirməyə cəhd etdi, müəyyən addımlar atdı. Onun tərcümeyi-halında da iki fakt öz əksini tapıb, biri rus ordusunun Azərbaycandan çıxarılması, digəri təhsil sistemində test üsulunun tətbiqi. Prezidentliyi dövründə göstərdiyi özəl bir xidmət yoxdur».