«Yanlış yanaşmadır»
«Fəzail Ağamalıdan heç gözləməzdim»
Namidə BİNGÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Telefonnaya...
Nuru Paşanın adını guya əbədiləşdirdik, qalmışdı Lindley ...
-
Dövrünün 10 ən böyük simgələrindən biri
Sağlığında cismi, ölümündən sonra cəsədi dinclik tapmayan Cabbarlı...
-
Bakının günü sentyabrın 15-dir
“День Бакинцев”, “Есть такая нация - бакинцы”...
-
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı?
Nuru Paşanın həbsdən qurtuluş hekayəti
-
“Emosiyalarını cilovlaya bilməyib”
Deputatdan sabiq nazirə cavab: “Qərbi azərbaycanıların adından danışa bilməz!”
-
“Boş quyuya su tökməkdir...”
Fəzail Ağamalı: “Uşaqpulu artırılmalıdır”
-
«Əvvəl mərsiyə, sonra meyxana, indi də «hara gedirsən, ayə...»»
Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
-
Radikal dindarlar Azərbaycan üçün təhlükədir
Partiya sədrlərindən çağırış
-
«Enerjinin qiyməti bahadır»
Deputat məsələ qaldırdı
-
«5-6 gündür parlamentin iclaslarında iştirak etmir»
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
-
Ömrümüzdən qopanlar
Bilikli, geniş dünya görüşlü, təvazökar, saf adam
-
«Dindarların içində ağıl problemi olanlar var»
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
-
Xına yaxmağın ağırlığı
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
-
«Moskvadan görünən Rusiya o qədər də təhlükəli deyil»
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
-
«Bakını xilas et!»
Bakılıların türk əsgərinə müraciəti: «Vətəninə bir qızıl ərmağan apar»
-
«Ey Türk əsgəri, ...»
Bakı əhalisinin Türk Ordusuna müraciəti (1918-ci il)
«Fəzail Ağamalının illər öncə verdiyi müsahibələrə diqqət etsəniz, görərsiniz ki, Elçibəyin hansı xidmətləri olduğunu ondan gözəl şərh edən ikinci çox az adam olub. İndi siyasi konyukturaya görə etiraf etmək istəmir». Bunu Modern.az-a Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa həmkarı Fəzail Ağamalının «Elçibəy Azərbaycan üçün nə edib ki...» fikrinə münasibət bildirərkən deyib.
«Yanlış yanaşmadır. Onun Elçibəyin xidmətlərini danmağa haqqı yoxdur. Belə fikirləri Fəzail Ağamalıdan heç gözləməzdim. Çünki Fəzail Ağamalı da Elçibəyin tələbəsi olub. Elçibəyin Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu qiymətləndirib. Təbii ki, tənqidi yanaşma, hansısa məqamları qəbul etməmək olar. Amma bütövlükdə ona qarşı «heç bir xidməti olmayıb» demək doğru deyil. Əbülfəz Elçibəyin Azərbaycan cəmiyyətinin demokratikləşməsində, milli şüurun oyanmasında müstəsna rolu olub».
Fazil Mustafa seçilmiş prezidentlərin adlarının əbədiləşdirilməməsinə də toxunaraq deyib ki, Əbülfəz Elçibəy hər şeydən əvvəl Azərbaycanın seçilmiş prezidenti olub: «Ona görə də onun adının əbədiləşdirilməməsi ayıbdır. Bunu Nuru Paşaya münasibətdə də görürük. Azərbaycanı xilas etmiş Nuru Paşaya, həm də ermənilərin Andronikə olan münasibətinə baxın. Deməli, erməni özünə qiymət verməkdə bir addım bizdən irəlidədir. Nuru Paşaya dəyər verilmirsə, Əbülfəz Elçibəyə nə umac ovulacaq ki?! Məncə bu məsələdə sovet düşüncələrini qaldırıb Azərbaycanı bütövləşdirmək naminə xidməti olan hər kəsə dəyər verilməlidir. Azərbaycan tarixində rolu olan insanlara bir dalan adı verilməsi belə, çox görünürsə, bu utandırıcı bir şeydir. Ona görə də buna başqa bəhanə gətirmək istəmirəm. Məncə, Azərbaycanda bir çox adamlar var ki, onlara xüsusi dəyər verilməlidir. Onların başında Əbülfəz Elçibəy, Nuru Paşa kimi şəxsiyyətlər gəlir. Bu addım atılmasa, dövlətin varisliyi prinsipi pozulur. Yəni sən keçmişinə sahib çıxmırsan, sayğısız yanaşırsan, sonra da deyirsən ki, niyə mənim tariximə hörmət etmirlər? Ona görə də ciddi addım atılmalıdır».
Qeyd edək ki, deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında dövlət xadimlərinin adlarının əbədiləşdirilməsi məsələsinə fərqli münasibət bildirib. Mərhum prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsini vacib məsələ hesab etməyən deputat Elçibəyin heç bir xidmətinin olmadığını da dilə gətirib.