vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
09:20 | 5 iyul 2014 | Şənbə Məqaləyə 1387 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərkisyanın ümidi «Sabun operası»dır

Ermənistanın Latın Amerikası ölkələri ilə iqtisadi sazişlər imzalaması gözlənilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Cənubi Amerikaya regional səfərə başlayacaq. ANS PRESS-in məlumatına görə bu barədə prezidentin mətbuat xidməti xəbər yayıb. Xəbərə görə Sərkisyan 6-8 iyulda Argentinaya, 8-10 iyulda Uruqvaya, 10-12 iyulda isə Çiliyə səfər edəcək.


Sərkisyan bu ölkələrin ali idarəetmə başçıları ilə görüşü gözlənilir. Görüşlər zamanı iki tərəfli əlaqələrin gücləndirilməsi üzərində danışıqlar gözlənilir. Səfər zamanı Sərkisyan olduğu ölkələrin erməni icması ilə də görüşlər keçirəcək.

Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın «vassalı» kimi tanınan və iqtisadiyyatının böyük faizinin RF şirkətləri nəzdində olan Ermənistan, qonşu ölkələrə də torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bundan əlavə iqtisadiyyatı yalnız xarici yardım hesabına saxlanılan Ermənistanın uzaq Latın Amerikası ölkələri ilə ciddi iqtisadi sazişlərin imzalanması gözlənilmir. Səfərdən sonra erməni vətəndaşlarının hökumətin bərbad yürütdüyü xarici siyasətdən xəbərləri olmaması və başlarının qatılması üçün ölkədə Latın Amerikası istehsalı olan «sabun opera»larının çoxalacağı gözlənilə bilər.