Türkiyənin baş nazirinə sərt ittiham
Fazil Mustafa: «Türk məktəblərinin bağlanması Ərdoğanın Azərbaycana vurduğu ən böyük zərbədir»
Etibar SEYİDAĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Ərdoğanla Əsədi görüşdürən dərd
PYD və YPG – Türkiyə ilə Suriyanın ortaq başağrısı olub
-
Ərdoğan Zəngilanda
Hava limanının açılışı oldu
-
Yüz ildən sonra da ...
Makronu Ermənistan yox, Fransanın Cənubi Qafqazdakı nüfuzu narahat edir
-
Dünya 5-dən böyük olsa da...
Bayden Ərdoğanın fikrini təkrarlayıb
-
Türkiyə və Səudiyyə arasında yeni dövr
İki dövlət başçısı bəyannamə imzalayıb
-
Türkiyədə meşə yanğını güclənib
Ərdoğan əraziyə gedib
-
Azərbaycanla Türkiyə arasında yeni səhifə
“Şuşa Bəyannaməsi” tarixi birliyimizin gələcək nəsillərə nümayişidir
-
“Nəhayət, qərara gəldik”
Ərdoğan prezidentliyə namizəd oldu
-
Baydendən Türkiyə ilə bağlı Konqresə müraciət
Hadisələrin bu cür inkişafı Vaşinqton-Ankara münasibətlərində böyük dönüş yaradacaq
-
Türkiyə-Fransa münasibətlərində istiləşmə
Ərdoğan və Makron Ukraynanı müzakirə ediblər
-
Zelenski Ərdoğanla danışıb
Mariupoldan mülki şəxslərin təxliyə məsələsi müzakirə edilib
-
Prezidentlərin telefon müzakirəsi
... Yaxud Brüssel danışıqlarından sonrakı “yol xəritəsi”
-
Telefonda Brüssel müzakirəsi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla dünənki görüşü dəyərləndirdi
-
Prezidentlər Ukraynanı müzakirə edib
Liderlər regional məsələlərə dair fikir mübadiləsi aparıblar
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən üç «Gülən məktəbi»- Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi fəaliyyətini dayandırıb. Bu barədə virtualaz.org saytı məlumat yayıb. Naxçıvandakı mənbələrimizlə əlaqə saxladıq və məlum oldu ki, xəbər doğrudur.
Muxtar respublikanın Təhsil Nazirliyindən liseylərə gələn komissiyalar eyni ilə Bakıda və digər rayonlarda olduğu kimi, Naxçıvandakı bu təhsil ocaqlarının da bağlanacağını deyiblər. Liseylərə fəaliyyətlərinə hüquqi müstəvidə də xitam vermək üçün avqust ayının 15-dək vaxt verilib.
Xatırladaq ki, Naxçıvandan başqa Azərbaycan Dövlət Neft Şirkətinin nəzdindəki Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil olan və daha çox «Fətullah Gülən məktəbləri» kimi tanınan 11 lisey - Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir liseyi, Sumqayıt liseyi, Şəki liseyi və Şirvan liseyi ötən ay bağlanmışdı.
Naxçıvandakı liseylər isə Beynəlxalq Təhsil Kompleksinin tərkibinə daxil deyildi. Buna görə də onların bağlanmayacağı gözlənilirdi. Lakin Naxçıvan MR Təhsil Nazirliyi və «Zaman öyrətim» təhsil şirkəti nəzdində fəaliyyət göstərən bu üç liseyin də bağlanmasına qərar verilib.
Əslən Naxçıvandan olan deputat Fazil Mustafa «Yeni Müsavat»a bildirib ki, türk liseylərinin bağlanması siyasi qərardır. Bu qərar təkcə Naxçıvanda yox, bütün Azərbaycanda həyata keçirilir: «Siyasi qərara uyğun olaraq Bakıda və digər bölgələrdəki liseylər bağlanırsa, Naxçıvandakılar da bağlanmalı idi. Naxçıvanda bilirlər ki, bu məsələ siyasi məsələdir. Bu siyasi qərar, əlbəttə, Naxçıvanda da təhsildə problemlər yaradacaq. Türk liseylərinin bağlanması Rəcəb Tayyib Ərdoğanın Azərbaycana vurduğu ən böyük zərbədir. Hətta Ərdoğan Türkiyənin Ermənistanla sərhədini açsaydı belə, Azərbaycana türk liseylərinin bağlanması qədər zərbə olmazdı. Ərdoğan şəxsi kinini, nifrətini türk dünyasının çox vacib bir inteqrasiya sahəsi ola biləcək təhsili bağlamaq və təhsilə zərbə vurmaqla büruzə verdi. Mən təsəvvürümə gətirə bilmirəm ki, məsələn, Putin kiminləsə şəxsi düşmən ola, rus məktəblərini haradasa bağlada. Ərdoğan isə bunu etdi. Əgər kimlərsə qanunazidd hərəkət edibsə, onu qanunauyğun olaraq həbs etmək olar. Cəzanı məktəb bağlamaqla verməzlər. Məktəb bağlamaqdan böyük cinayət yoxdur».
Deputatın sözlərinə görə, türk məktəblərinin bağlanması o deməkdir ki, Türkiyə Azərbaycan üçün bir çox bədxahların həmişə dediyi kimi dönər satan, dönər təbliğ edən bir ölkə təsiri bağışlayacaq: «Bu cür söyləyən bədxahlara cavab olaraq türk məktəblərini göstərirdik. Artıq təhsillə bağlı Azərbaycandan Türkiyə qırıldı. Bir hökumət başçısının başqa bir ölkədə belə bir addım atmasının adı nədir? Bu hadisə böyük bir faciədir. Söhbət ondan getmir ki, bağlanan məktəblərin yeri doldurulmayacaq. Doldurulacaq, amma bina tikəndə də sementi azaldırsan və yerinə qum doldurursan. Amma bununla binanın özülü möhkəm olmur. Yəni qumla dolduracaqlar, sementlə doldurmayacaqlar. Bu baxımdan da türk liseylərinin bağlanması böyük bir tarixi cinayətdir. Türkiyənin əsas dayaqlarının, Türkiyə-Azərbaycan əlaqələrinin sarsılmasına xidmət edən addımdır. Ona görə də Azərbaycanda da bunu göydən düşmə addım kimi qəbul edənlər oldu. Çünki bunun hesabına rus məktəblərinin sayı artacaq, rəqabət mühiti olmayacaq, Türkiyə profilli təhsil anlayışı Azərbaycan cəmiyyətinin gündəmindən çıxacaq. Türkiyə rəhbərliyinin təkidli addımlarından sonra Azərbaycanda türk liseyləri bağlandı. Təəssüf ki, şəxsi hikkənin müəyyən dərəcədə təmin olunması yoluna gedildi».
F.Mustafa sonda vurğuladı ki, türk məktəblərinin bağlanması Azərbaycan təhsilinə vurulan çox ağır bir zərbədir. Bunun bədəlini biz yaxın gələcəkdə ödəyəcəyik.