Deputatın qardaşı ölkəni niyə tərk etdi?
«Azərbaycanı birdəfəlik tərk etmək niyyətim yoxdur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sabiq polis rəisindən ciddi xəbərdarlıq
«Çoxsaylı təriqətlərin islamın siyasiləşdirilməsi dövlət üçün təhlükəyə çevrilə bilər»
-
Bakı erməniləri təhlükədir?
Bayram Səfərov: «Azərbaycan xalqının ayıq-sayıq olması lazımdır»
-
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri, millət vəkili Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev ölkəni birdəfəlik tərk etməsi haqda mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib. AzVision.az-ın məlumatına görə, Ə.Əliyev səhhətində yaranan problemlərlə əlaqədar ölkə xaricinə getdiyini təsdiqləyib. Bildirib ki, Azərbaycanı birdəfəlik tərk etməsi haqda deyilənlər yanlışdır.
«Dostlar, bu gün bəzi mətbuat orqanlarında Azərbaycanı birdəfəlik tərk etməyimlə bağlı düzgün olmayan məlumatlar yayılıb. Diqqətinizə çatdırıram ki, ölkəni müvəqqəti olaraq tərk etməyimin səbəbi səhhətimdə yaranan problemlədir. Hazırda Almaniyadayam, bu ölkədə daha 1 il yaşamağım üçün qanunla nəzərdə tutulmuş qaydada yaşamaq hüququm və vizam var. Barəmdə yayılan məlumatların qeyri-ciddiliyini vurğulamaqla yanaşı bildirərəm ki, təqaüddə olan polis zabitiyəm, uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam və dövlət bütün vətəndaşları kimi məni də himayə etməli və hətta problemlərimi də həll etməlidir. İndi başqa hansı ölkəyə lazım ola bilərəm ki?
Burada nəzərdə tutduğum işləri yekunlaşdırdıqdan sonra fəaliyyətimlə bağlı Tbilisiyə gedəcək, oradan isə Bakıya qayıdacağam».