«Bu da böyük problemdir»
«Putinə Azərbaycansız Ermənistan lazım deyil»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
Əgər belə davam edərsə, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil ola bilməyəcək. Azərbaycan olmasa Ermənistanı Avrasiya İqtisadi İttifaqına heç kim qəbul etməyəcək. Virtualaz.org bildirir ki, bunu news.am nəşrinə politoloq Manvel Sərkisyan, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsinin uzadılması barədə danışarkən bildirib.
Onun fikrincə, hələ əksinə də ola bilər: Azərbaycan İttifaqa daxil ola bilər, Ermənistan isə yox.
«Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına mane olan problemlərin bir hissəsini Qazaxıstan prezidenti Azərbaycanla əlaqələndirib, amma digər problemlərdən danışılmayıb. Biz görürük ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasının vaxtının dəyişdirilməsi ilə əlaqədar olduğu konkret problemlər barədə heç ölkə hakimiyyətinin belə təsəvvürü yoxdur. Bu, bir qədər qəribədir», - Manvel Sərkisyan qeyd edib. Rusiya üçün bu İttifaqa Azərbaycanın daxil olması, Ermənistanın ora birləşməsindən vacibdir.
«Digər problemlər də var. Qazaxıstan və Belarus Ukrayna məsələsində Rusiyanın təklifini qəbul etmirlər. Bu da böyük problemdir. Faktiki olaraq təsisçi ölkələr belə konkret məsələlər üzrə razılaşmaya gələ bilmədikləri halda, digər ölkələr barədə nə demək olar», - politoloq vurğulayıb.
Xatırladaq ki, iyulun 3-də Ermənistan baş naziri Ovik Abramyanın bəyan etdiyinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması tarixi hələ bəlli deyil, amma heç bir siyasi problem də yoxdur. Onun sözlərinə görə, Ermənistan və Rusiya prezidentləri iyulun 3-də görüşməli idilər, amma bu görüş baş tutmadı. Baş nazir əminliklə bu məsələnin ilin sonuna qədər həll olunacağını bildirib.