vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
10:39 | 11 iyul 2014 | Cümə Məqaləyə 1612 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfqanıstanda iqtisadi inkişaf 10 dəfə artıb

Bununla belə 2 əsas məsələ - təhlükəsizlik və korrupsiya maneədir

Orxan CƏLİLLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda siyasi və sosial-iqtisadi tərəqqi» mövzusunda tədbir keçirilib. Qeyd edək ki, Əfqanıstanın insan inkişafı indeksi göstərilən müddətdə çox aşağı olub - 187 ölkə arasında 175-ci yeri tutub. Aİ-nin ölkəyə illik yardımı isə orta hesabla 1,7 milyard avro olub.

Bundan əlavə, narkotik maddələrin ticarəti və digər qeyri-qanuni dərmanların satışı ölkədə əsas problemlərdəndir.

Tədbirdə iştirak edən ABŞ-ın Aİ səfiri Antoni L. Gardner 3 həftə əvvəl Əfqanıstanda keçirilən seçkilərdən danışıb. Kişilərin və qadınların birlikdə iştirak etdiyi seçkini tarixi hadisə kimi dəyərləndirib.

Əfqanıstanın Aİ, Belçika və Lüksemburq səfiri Humayun Tandar (Homayoun Tandar) isə diqqəti seçkinin nəticəsi ilə bağlı problemlərə yönəldib: «Əfqanıstanda ədalətli seçki keçirmək mümkün deyil. İnsanların şəxsiyyət vəsiqəsi, əhalinin qeydiyyatı və seçicilərin siyahısı yoxdur. Həmçinin bəzi insanlar seçkiyə mane olmağa çalışırlar. Onlar nümayişlərə və demokratik fəaliyyətlərə etiraz edirlər.

Səfir daha sonra ölkədəki inkişafdan söhbət açıb. Onun sözlərinə görə, 2002-ci ildən bəri iqtisadi inkişaf Əfqanıstanda 3 faizdən 6 faizə yüksəlib. O, hal-hazırda 34 dövlət kanalının olduğunu misal çəkərək, fikir azadlığının səviyyəsini tərifləyib.

Avropa Xarici Fəaliyyət Xidmətinin baş əməliyyat direktoru Devid O'Sallivan da Əfqanıstanın iqtisadi inkişafının «yaxşı cəhətlərindən» danışıb. O, iqtisadiyyatın zəif olduğunu, lakin 2001-ci illə müqayisədə 10 dəfə yüksəldiyini bildirib. Onun sözlərinə görə, «Taliban»ın vaxtından bu yana qadın haqları sahəsində də irəliləyiş olub.

Əfqanıstan tədqiqat və qiymətləndirmə idarəsinin direktoru Əhməd Nader Naderi daha geniş yanaşma irəli sürüb: «Seçkidən əvvəl belə düşüncə var idi ki, əfqanlar üçün seçki və demokratiyanın heç bir mənası yoxdur, bu onlara yaddır. Halbuki, terrorist hədələri, bomba hücumlarına baxmayaraq, səsverməyə 60 faizə yaxın insan gəlmişdi. İnsanlar səs vermək üçün səhər saat 4-dən növbəyə durmuşdular. Seçkiyə gələnlərin çoxu «Talibanların» hücumuna məruz qalmış, bədənlərinin müxtəlif yerlərindən xəsarət almış, bəzilərinin hətta barmağı kəsilmişdi. Bu cür təhlükəsizlik problemlərinə görə şirkətlərin çoxu öz işini dayandırır və kapitallarını ölkədən çıxarırlar. İşsizlik artır. İnkişafın qarşısını alan problemlərdən biri də korrupsiyadır. Seçkilərdə 2600 pozuntu hadisəsi aşkarlanıb.

İştirakçılar bu qənaətə gəliblər ki, Əfqanıstanın gələcək inkişafı regional əməkdaşlıqdan asılıdır. Türkmənistan, Qırğızıstan, Azərbaycan və Gürcüstanın iştirakı ilə çox şeylər vəd edən layihələr həyata keçirmək olar. Əfqanıstan diqqəti bu layihələrə yönəltməlidir. Əfqanıstanın təbii resurslarla da zəngin olması ölkədə iqtisadi inkişafa şərait yaradır. İnkişafın qarşısını alan 2 əsas məsələ təhlükəsizlik və korrupsiyadır. Beynəlxalq dəstəklə bunların da öhdəsindən gəlmək mümkündür.