
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Sirr dolu qaçış hekayəsi dramla bitdi – ata öldü, uşaqlar hələ də itkin
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
2021-ci ildə evlərindən qaçmağa məcbur olanların sayı rekord həddə çatıb, məcburi köçkünlüyün sürəti və miqyası isə qaçqınlar üçün həll variantlarını geridə qoyur. BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) iyunun 16-da illik hesabatında belə deyir.
“Qlobal Tendensiyalar Hesabatı”nda qeyd edilir ki, 2021-ci ildə 89.3 milyon adam təqib, münaqişə, zorakılıq, insan haqları pozuntuları və ictimai asayişi ciddi təhdid edən digər hadisələr nəticəsində məcburi köçkünə çevrilib.
Bu, bir il öncəylə müqayisədə 8 faiz artıq, on il öncəkindən isə iki dəfə çoxdur, qurum əlavə edir.
UNHCR Rusiyanın fevralda Ukraynaya hücumunun qaçqın sayı ilə bağlı narahatlığı artırdığını bildirir. Bu işğal 2-ci Dünya müharibəsindən bəri ən sürətli və ən böyük məcburi köçkünlük böhranlarından birinə səbəb olub. Afrika, Əfqanıstan, dünyanın başqa yerlərindəki “fövqəladə vəziyyətlər” isə 2022-ci ildə qaçqın sayının 100 milyonu keçməsilə nəticələnib.
“Son dekadanın hər ilində bu rəqəmlər yüksəlib”, – BMT-nin qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi söyləyib.
“Bundan sonra nə olacağı bizim əlimizdədir. Ya bu bəşəri ümidsizliyi yoluna qoymaq üçün hərəkətə keçərək davamlı həll variantları tapmalı, ya da dəhşətli yeni rəqəmlərə doğru qaçmalıyıq”, – o, sözlərinə əlavə edib.
***
Hesabatda deyilir ki, Rusiya işğala başlayandan 7.1 milyon ukraynalı ölkə daxilində köçkünə çevrilib, 6 milyondan çox insan isə ölkəni tamamilə tərk edib.
UNHCR ərzaq qıtlığı, inflyasiya, iqlim dəyişikliyinin adamların çətinliklərini daha da ağırlaşdırdığını qeyd edir.
Ötən il münaqişələr nəticəsində ölkələri daxilində köçkünə çevrilənlərin sayı 15-ci il ardıcıl artaraq 53.2 milyona çatıb.
Əfqanıstanda 2021-ci ildə qaçqın sayında 4 faizlik illik artım qeydə alınıb. Ötən il beynəlxalq qüvvələr bu ölkədən çıxarılıb, Taliban silahlıları hakimiyyəti ələ keçirib. Əfqanıstan 2.71 milyon qaçqınla Suriya (6.8 milyon) və Venesueladan (4.6 milyon) sonra üçüncü yerdədir.