vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ASİYA  
16:46 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Moskva və Pekin ehtiyat edir

Əfqanıstan niyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilmir?...

“Atlas” Araşdırmalar Mərkəzi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ ordusu Əfqanıstanı tərk etdikdən sonra bu mövzu aktuallığını azaltmayıb. Vaşinqton beynəlxalq aləmi əvvəlki tək inandırmağa çalışır ki, ABŞ ordusunun Əfqanıstanı tərk etməkdən başqa alternativi yox idi.

Taliban rejimi Əfqanıstanın iqtisadi problemlərini həll edə bilmir. Digər tərəfdən Taliban ABŞ banklarındakı Əfqanıstana aid olan 7 milyard dolları əldə edə bilmir. Vaşinqton bu maliyyəni ona görə vermir ki, Taliban güclənməsin. ABŞ-da hesab edirlər ki, bu maliyyədən Taliban başqa məqsədlər üçün istifadə edə bilər ki, bu Amerika üçün təhlükəsizlik problemləri yarada bilər. Misal üçün Talibanın bölgənin bir neçə radikal qruplaşmalarıyla ittifaqı mövcuddur. Həmin qruplaşmalar isə ABŞ-ı düşmən sayırlar.

Vaşinqton Talibana müxalif olan qruplaşmalar və siyasi qruplarla əlaqələrini kəsməyib. Doğrudur, həmin qruplar Talibanla mübarizədə gücsüzdürlər, ancaq gələcəkdə durumun onların xeyrinə dəyişəcəyi istisna deyil. Talibanın iqtisadi problemləri həll edə bilməməsi bu qruplaşmanın Əfqanıstandakı mövqelərini istər-istəməz zəiflədir.

Bu arada, Moskva və Pekin Talibanla təmaslarına ara vermir. Rusiyanın Talibandan əsas istəyi odur ki, bu qruplaşma Rusiyanı hədəf alan terrorçu qruplarla əməkdaşlıq etməsin və Mərkəzi Asiya ölkələrinə təhlükə yaratmasın. Moskva Rusiyanın Tacikistandakı hərbi bazasının təhlükəsizliyini düşünür. Rusiya Əfqanıstana müəyyən miqdarda humanitar yardım göndərir.

Talibanın bölgədəki əsas tərəfdaşı Çindir. Taliban Kabili ələ keçirmədən əvvəl də Çin rəsmiləri ilə sıx əlaqələri var idi. Pekinin Talibandan əsas istəyi Əfqanıstanda mövcud olan uyğurların silahlı qruplaşmalarıyla əməkdaşlıqdan imtina etməsi idi. Pekin Talibana böyük yatırımlar vəd etmişdi. Ancaq Çin Əfqanıstana yatırım qoymağa tələsmir. Bu məsələ uzanır. Çinin iqtisadi dəhlizi Pakistandan Əfqanıstana uzatması təklifi də reallaşmayıb. Pekin Əfqanıstanın mövcud olmayan infrastrukturun maliyyələşdirmək istəmir. Taliban Çinin “bir kəmər, bir yol” layihəsindən də kənarda qalıb. Taliban rəhbərliyi bu məsələylə bağlı dəfələrlə Pekinə müraciət ediblər, tranzit məqsədilə Əfqanıstan ərazisindən istifadə etməsini istəyirlər. Ancaq cavab yoxdur. Bundan başqa Moskva və Pekin Əfqanıstanın Şanxay Əməkdaşlı Təşkilatına üzvlüyünə də şərait yaratmırlar. Qərb dövlətləri Talibanın legitimliyini tanımadıqlarına görə Moskva və Pekin də ehtiyatlı mövqe tutublar.

Taliban güc yolu ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanın da obyektiv səbəblərdən Əfqanıstanla əlaqələri zəifləyib. Halbuki, rəsmi Bakı Talibandan əvvəlki Əfqanıstan hökumətləri ilə sıx əməkdaşlıq edirdi. Azərbaycan Əfqanıstana maliyyə yardımı edir, əfqan məmurların Bakıda kurslarda iştirakına şərait yaradırdı.