
“Susa bilmərik”
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Əfqan qadınlar “Taliban” qadağalarına meydan oxuyur
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Lavrov: “ABŞ-ın dövlət borcu 37 trilyon dollarlıq rekord həddə çatıb”
Çin 2009-cu ildən bəri bu sammitlərdə həmişə ən yüksək səviyyədə təmsil olunub
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
ABŞ prezidenti 10 faiz gömrük rüsumu ilə bağlı xəbərdarlıq yolladı
BMT-dən Almaniyaya xəbərdarlıq
Ötən il bu vaxt terrorçu siyahısında idi
Əfqanıstandan vətəndaşlarına “geri qayıdın” çağırışı
İki ölkə münasibətlərinin gərginləşməsi Çinin maraqlarına ziddir
Tehran 400 kilometrlik təhlükəsizlik divarı inşa edəcək
Pentaqon ABŞ-ın Əfqanıstandan çıxan zamanı baş verənləri hadisələri araşdırmağa başlayır
Talibandan qorxduğu üçün adı gizli saxlanılan qadın Əfqanıstana deportasiya edilə bilər
“Sığınacaq müraciəti rədd edilən heç kim Almaniyada daimi qala bilməz”
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
Əfqanıstan rəhbərliyi oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRİCS sammitində iştirak etmək istədiklərini və bunu ev sahibi Rusiyaya çatdırdıqlarını açıqlayıb.
Taliban rejiminin rəsmisi Həmdullah Fıtrat mövzu ilə bağlı videomüraciətində görüşə bir heyət göndərmək istədiklərini bildirib. Zirvə toplantısında iqtisadi məsələlərin müzakirə ediləcəyini bildirən Fıtrət deyib: “Əfqanıstan inkişaf etməkdə olan ölkələr sırasındadır və iqtisadiyyatı inkişaf edir. Bu iqtisadi sammitdə iştirak Əfqanıstan üçün çox vacibdir. Əfqanıstan növbəti BRİCS toplantısında iştirak etmək istəyir və bu istəyini ev sahibi ölkəyə çatdırıb”.
Fıtrat əlavə edib ki, Əfqanıstanın Rusiya, Hindistan və Çinlə yaxşı iqtisadi əlaqələri var.
BRİCS sammiti çərçivəsində oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində birlik ölkələri – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi bir çox ölkənin liderləri bir araya gələcək.