İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
13:56 | 30 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1268 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın Milək bölgəsində iyunun 28-də naməlum şəxslərin Əfqanıstandan İran sərhədini keçərək iranlı baş çavuş Məhəmməd Səyyadini öldürməsindən sonra əfqanıstanlı sosial media istifadəçiləri sərhəddə İran-Əfqanıstan hərbçiləri arasında münaqişə yaşanmasına dair xəbərlər yayıblar.
Məlumata görə, sərhədçilər arasında meydana gələn qarşıdurma zamanı iki İran hərbçisi Taliban hökuməti tərəfindən girov götürülüb.
“Hirmənd şəhərinin mühafizə zonasında baş verən sərhəd toqquşmaları və Səyyadinin öldürülməsindən sonra Əfqanıstanın sosial mediasında Taliban qüvvələrinin İran sərhədçiləri ilə qarşıdurmasına dair xəbərlər yayılıb. Məsələnin detalları və hücum edənlərin şəxsiyyəti hazırda araşdırılır”, – deyə Hirmənd şəhərinin başçısı mediaya verdiyi açıqlamada bildirib.
İran mediası məsələ ilə bağlı yaydığı xəbərdə Əfqanıstan hökumətini nankorluqda ittiham edib və İranın zəlzələdən xəsarət alanlara yardımlarını önə çəkib.
Bununla yanaşı İran daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə işləri üzrə müavini Seyid Məcid Mirəhmədi iyulun 1-dən etibarən bir sıra əfqanıstanlı qaçqınların ölkədən çıxarılacağını bildirib.
Qeyd edək ki, son aylar İran-Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.
Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri İran İnqilab Keşikçiləri Korpusunun 5 hərbçisini əsir götürmüşdülər.
Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yaqub qonşu ölkələrə xəbərdarlıq edərək onların Əfqanıstan sərhədlərinə müdaxilə etmələrini, bu ölkənin torpağında nüfuz etməyə çalışmalarına dözməyəcəklərini bildirib.