Ermənilər bizi üstələyir
Azərbaycanın rusdilli media Qarabağ mövzusundan niyə qaçır?
Misranə HƏSƏNZADƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Bu gün Azərbaycanla bağlı həqiqətlərin dünya miqyasına çıxarılmasında Azərbaycanda fəaliyyət göstərən rusdilli KİV-lərin rolu daha böyükdür. Təəssüf ki, bu kimi ümummilli məsələlərə rusdilli media qurumları ya yer ayırmır, ya da çox az yer ayırır. Bunu Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının apardığı monitorinqin nəticələri də təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, «Qarabağın Azərbaycanlı İcması» İdarə Heyətinin üzvü Rövşən Rzayev Modern.az-a rahatsız olduğunu qeyd edib: «Belə yazılar gündəmdən çıxmamalıdır. Mən rusdilli medianı oxuyuram. Həmişə o barədə deputatlarımız deyir, politoloqlar yazır, rusdillilər də onları oxuyur. Rusdilli mediamız Qarabağla bağlı yazılara yer verir. Əlbəttə ki, belə yazıların sayı artsa, daha yaxşı olar, ən azından gündəmdən çıxmamalıdır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda öz sözünü deməlidir».
Azərbaycanda fəaliyyət göstərən «Vesti.Az» xəbər saytının baş redaktoru Araz Zeynalov bildirib ki, Qarabağla bağlı yazılar rusdilli mediada nə qədər çox olsa, bir o qədər yaxşıdır: «Əvvəla, monitorinq Qarabağla bağlı yazıların az verilməsini göstərirsə, bu çox pisdir. Mən hesab edirəm ki, vaxtaşırı olaraq Qarabağ mövzusunda yazılar verilməlidir. Bizim sayt rusdilli olduğuna görə demək olar ki, hər gün Qarabağ problemi ilə bağlı yazılar veririk. Bunda əsas məqsədimiz odur ki, rusdilli oxucular, yəni tək Azərbaycanda yox, Azərbaycanın hüdudlarından kənarda olan digər millətin nümayəndələri də problemimizi, dərdimizi bilsinlər. Çox sevindirici haldır ki, biz Qarabağ problemi ilə bağlı yazılar verdikcə, hiss olunur ki, digər millətlərin nümayəndələri də buna maraq göstərir, bir çox MDB ölkələrinin nümayəndələrini də bu söhbətlərə cəlb edir, onların da mövqeyini öyrənməyə çalışırıq. Bu baxımdan hesab edirik ki, Qarabağla bağlı yazılara yer vermək yaxşı haldır. Ancaq mən də hərdənbir baxanda görürəm ki, rusdilli mediamızda Qarabağla bağlı yazılar verilir. Amma yaxşı olar ki, daha tez-tez versinlər. Bunun üçün isə həmin saytların rəhbərləri öz işçilərinə tapşırıq verməlidirlər ki, bu mövzunu daha çox işıqlandırsınlar. Qarabağla bağlı yazıların sayını artırmağın ən asan yolu budur».
Qeyd edək ki, populyar erməni saytlarının əksəriyyətinin rus dili variantı var. Bütün məqalələri, xüsusən Qarabağla bağlı yazılar həmin versiyada dərc edilir. Belə çıxır ki, hər cəbhədə düşməni üstələdiyimiz halda vacib bir mövqedə açıq buraxmışıq və bu işğalçılara böyük xallar qazandıra bilər.