«Bazlığın ən pisi - Yerlibazlıq»
(Söz verirəm, yaxşısından da yazacağam)
Azər SARIOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Cavidin gəlişi, gedişi və dönüşləri
Akademik Rafael Hüseynov İstanbul Universitetində Hüseyn Cavidiə həsr olunmuş simpoziumda məruzə edib
-
Ortadakı rəf
“Otaqda bir kitablar vardı, bir də atamın ruhi”
-
Caviddən sonra Müşfiq
Ermənilərin MK-da oturan rusun qulağına pıçıldadığı adın sahibi dərhal güllələnə bilirdi
-
Corabla dəfn edilən dahi
... Yaxud Hüseyn Cavid və Sibirdəki Şevçenko
-
Şeirləri dua kimi oxunan şair
“Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm”
-
Həqiqət, düzlük, səmimiyyət aşiqi
Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikir və elm tarixində özünəməxsus yer tutur
-
Seyidcahanın poetik cərəyanı
Yaxud Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanlar
-
«El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən»
Məşhur şeirinin misralarını dəyişdirdiyinə görə «Oba» marketlər şəbəkəsi məhkəməyə verilə bilər
-
«Axundovun islama nifrəti anlaşılandır»
Fazil Mustafa: «Sənət adamları arasında titul davası var»
-
O dünya bundan gözəlmi?
Tanrı günahımızdan keçsin!
-
Xainlərin cəzası ölümdü
Sovetləri ölkəmizə gətirənlərin heykəlləri niyə götürülmür?
-
Cavidin ölümsüzlüyü...
Şərqin Şekspiri - Hüseyn Cavid - 134
-
Ramiz Rövşənə ad günü təbriki
«O bir məhək daşıdır»
-
69-cu ilin ən böyük hadisəsi
Heydər Əliyevin hakimiyyətə gəlişi - 45 il
-
«Pisdən faydalanmağın dramaturgiyası»
-
«Xəlil Rzanın gözləri»
Cavid sağlılğında zəmanəsinin yerli brendi idi. Sovetlərdəki bütün millətlərdən olan ədiblər Cavidlə görüşü özü üçün şərəf sayırdı. O zaman iqtidar başında da naxçıvanlı deyildi ki, nəsə toqquşdurulsun. Hətta həmin dönəmdə qeyri-naxçıvanlı hakimiyyət rəhbəri Cavidin millət, ölkə və vətən üçün böyüklüyünün vacibliyini başa düşərək onu «doğru yola» dəvət etmişdi. Amma rəhbərin iddialarına xidmət edəcək cavab ala bilməmişdi. Cavid yer, vətən olaraq «Səma şair»liyini seçmişdi.
Sonrası... məlumdur. Ədəbi aləmdə yerlibazlıq və tayfabazlığın nəticəsindən doğan qrafomanlıq meydan sulamışdı. Ortabab şair rəhmətlik Hüseyn Arif, rəhmətlik yazar Mehdi Hüseyn ədəbi meyar olmuşdu. İsa Hüseynov xaric! Bir-iki ədəbi nümunəni nəzərə almasaq, ölkəmizdə dünya səviyyəsinə çıxa biləcək məhsul meydana çıxmamışdı. Çox böyük danışa bilərik, hətta özümüzü Zərdüştün yox, Allahın da oğlu elan edə bilərik. Ancaq söhbət nəticədən gedir. Mənim üstümü unlu görüb dəyirmançı hesab edə bilərsiniz. Amma ey ədəbiyyatçılar, sübut edin özünüzün haqlı olmağınızı, amma ədəbi-nəzəri düsturlarla. Konyuktura, metaforaya söykənən bədii-bəzəkli cümlələrlə yox.
Cavidin ictimai və inzibati linçindən sonra ədəbi səlahiyyət və səfaətlərə sahiblənən Səməd Vurğun və Süleyman Rüstəm də meydanı həmyerlilərinə buraxdı. Vaxtilə Yazıçılar İttifaqında Qazax-Borçalı həmrəyliyinin aparıcı xətt təşkil etdiyini o təşkilatın heç bir vicdanlı o zamankı üzvü dana bilməzdi. Süleyman Rüstəmin sayəsində də bakılılardan da bir-neçə nəfər görkəmli çıxdı. Əliağa Vahid xaric!
Azərbaycanda ən müxtəlif səbəblərdən hələ çar dövründən yerlibazlıq damarlarımızdan qan yerinə axıb. Azərbaycan xalqının mədəni-ictimai tarixində müstəsna xidmətləri olmuş Üzeyir bəy belə bu bəladan qurtula bilməmişdi. İlk operamızın və operettamızın, klassik musiqi sənəti nümunələrimizin müəllifi, maarifçi, əslən Qarabağdan olan Üzeyir Hacıbəyli musiqi meydanını qarabağlılara vermişdi. Musiqi məktəblərində muğam ifaçılığı dərsləri Qarabağ muğam məktəbinə uyğun şəkilləndirlimişdi. Böyük tarixi musiqi-muğam ənənələrinə malik Şirvan və Bakı məktəbləri arxa plana keçirilmişdi. Sanki Şirvanda Mahmud ağanın muğam məclisləri heç olmamışdı. Şirvandan, Bakıdan bir nəfər adam tapılmamışdı, İtaliyaya oxumağa Bülbül göndərilmişdi. Misalları uzatmaq da olar. İlahi ədalət! Son on ildə Bakı, Şirvan muğam məktəbinin qüdrəti bəlli oldu.
Amma bu şakər şəkər xəstəliyi kimi deyəsən, ötürülür. Yadıma muğam müsabiqələrinin birində xalq artisti Arif Babayev tərəfindən «Çahargah» muğamının keçmişdən gəlmişə bir nömrəli, ən mahir ifaçısı Sabir Mirzəyevin «Rast» ifaçısı kimi təqdim olunması düşdü. Axı həqiqət olduğu kimi deyilsəydi, böyük muğam ustadı Yaqub Məmmədovun «Çahargah»ın şöbəsi olan məşhur «Mənsuriyyəsi»nin unudulmaq qorxusu vardı. Ayy xalq ARTSTİ, vallah nəhənglərin yeri, torpağı, vətəni olmur, unudulan deyillər.
Qazax-Tovuz-Borçalı aşıqları da bir vaxtlar ekranları bəzəyirdi. Salyan aşıqları qonaqlar üçün «ikra» lazım olanda yada düşürdü. Çünki Aşıqlar Birliyinin qazaxlı sədri belə məsləhət bilmişdi.
Haşiyə çıxım ki, Qərb aşıq mühitinin daha qədim milli-mədəni köklərə dayandığı barədə deyilənlərin və yazılanların tərəfdarlarındanam. Amma ədalət naminə birinə görə digərini unutmağı da haqsızlıq sayıram.
(Ardı olacaq...)