
Ortadakı rəf ...
... Yaxud heç kimin görmədiyi, amma hamının oxuduğu konstitusiya ...
... Yaxud heç kimin görmədiyi, amma hamının oxuduğu konstitusiya ...
Sanki Səməd Vurğun “Rəhbərə salam”ı yazanda, onların babaları əllərinə silah götürüb üsyan etmişdi?
Yazıçının qalmaqallı müsahibəsi və bizim Tarixə yanlış münasibətimiz...
Yaşına-başına, həyat təcrübəsinə rəğmən ortaya “dişə çəkiləcək” bir fikir qoya bilməyən “möhtərəm”
“Otaqda bir kitablar vardı, bir də atamın ruhi”
Türkiyə Əsəd qüvvələrini vurdu
“Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm”
İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!
Strateji Araşdırmalar Mərkəzi: “TAP İtaliyanın daxili işi deyil, ... ”
Foreign Policy: “Rusiya Qərbə imkan verməyəcək ki, Azərbaycandan istifadə etsin”
12 iyunda böyük açılış gözlənilir
Natiq Cəfərli: ««Pomidor razılaşması» Azərbaycanın ixracatına mənfi təsir göstərəcək»
Əli Həsənov: «Bu kimi halların olmamasını istərdik»
Ərdoğandan Putinə iki təklif ...
Ərdoğan Qarabağın taleyinin Putindən asılı olduğunu dedi
Fəaliyyətdə olan prezidentdə 1010, sabiqlərdə isə 616 dollar ...
Datçadaydıq. Həyat yoldaşlarımızla səhər obaşdan sahilə yürüşə çıxmışdıq. Körfəzin bihuşedici havasını tənəffüs etməkdəndir, nədir, bir-birimizi itirdik. Sahildən bir qədər aralanıb Datçanın içinə buruldum.
Şəhərin sakit bir guşəsində qarşıma çıxan küçə lövhəsini görəndə gözlərimə inanmadım.
Lövhədə “Samed Vurgun sokağı” və şairin şəkli ilə qısa tərcümeyi-halı yazılmışdı.
Telefona sarılıb bizimkilərə “Sürprizə hazır olun” deyib olduğum yerə çağırdım…
Datça Aralıq dənizi ilə Egey dənizini birləşdirən 235 km-lik sahil zolağına sahib akvariuma bənzər körfəzlərə malik cənnət bir yerdir. Türkiyənin ən bakirə yarımadasıdır – nə iri yaşayış məntəqələri var, nə də sənaye obyektləri. Bələdiyyə Məclisinin yekdil qərarı ilə ölkənin cənub-qərbindəki bu füsunkar şəhərin küçələrindən birinə dahi Azərbaycan şairinin adının verilməsi Elçinlə (Şıxlı) məni təsvir edilməyəcək qədər mutlu etmişdi…
Bir müddət sonra çəkdiyim şəkilləri Bakıda Vaqif Səmədoğluna göstərdim.
Siqaretini yandıranda əllərinin azca titrədiyini gördüm, həyəcanlanmışdı.
“Kim əl qoyub bu işə”, – deyə soruşdu.
“Heç kim, Datça Bələdiyyəsinin öz təşəbbüsü ilə” deyə cavab verdim.
Diqqətlə üzümə baxıb, “Bəs sən necə izah edirsən bu məsələni?” dedi.
Təxminən belə cavab vermişdim Vurğunun son beşiyinə…
Dedim ki, Azərbaycanda şairlər, yazıçılar ikiyə ayrılır – öləndən sonra kitabları çıxanlara və öləndən sonra kitabları çıxmayanlara… Səməd Vurğunun ölümündən 70 ildən çox zaman keçib, amma çıxan kitablarının sayı həyatda ikən çıxdıqlarından qat-qat daha çoxdur… Bir az pauza verib əlavə etdim ki, ömrün uzun olsun, amma səndən sonra da onun kitabları nəşr ediləcək, çünki o xalqın şairi idi və nəsillər keçsə də xalq onu unutmayacaq… Və datçalılar da araşdırıb Səməd Vurğunu seçiblər…
Heç nə demədi.
Mutlu və qürurlu idi…