«Tam sübut olunub ki, ...»
Elçin Behbudov: «Erməni kəşfiyyatına işləyən casusları müdafiə etmirəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«...Vətəndaş müharibəsi düşər»
Akif Çovdarov: «Mən ad çəkməyə başlasam, aləm bir-birinə dəyər, ...»
-
Arif Yunusa 3 ay həbs verildi
Leyla Yunusun həyat yoldaşı dövlətə xəyanət və dələduzluqda şübhəli bilinir
-
Hərbçilərə hava-su kimi qərar
Orduda zabit və gizirlərin inzibati qaydada həbsi ləğv edildi
-
«Rauf Mirqədirovun xəyanət ittihamı...»
Akif Nağıdan Leyla Yunusa sərt mesaj
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Hafta.az-a müsahibə verib. Komitə sədri dünən həbs olunan Sülh və Demokratiya İnstitutunun sədri Leyla Yunusun saxlanması haqda danışıb.
- Elçin müəllim, Leyla Yunus saxlanılandan sonra onunla maraqlanmısınızmı?
- Maraqlanmamışam. Hesab edirəm ki, Leyla Yunus qanun qarşısında cavab verməlidir. Günahı varsa, cəzalandırılmalıdır, yoxdursa, azadlığa buraxılmalıdır. Dövlətə xəyanət etməyə heç cür haqq qazandırmaq olmaz. İnsan vətənini sevməli, öz ölkəsi ilə düşmən olan bir ölkəyə casusluq etməməlidir. Bu cür hallara göz yummaq olmaz. Leyla Yunusun barəsində hələlik istintaq gedir. Hesab edirəm ki, sonda məhkəmə ədalətli hökm çıxaracaq. Hüquq müdafiəçisi müstəqil şəxs olmalı, nə iqtidara, nə müxalifətə qoşulmalıdır. Heç kimi təhqir etməməlidir. Leyla Yunus isə kameraların önündə polisin papağını başından götürüb yerə çırpır. Həmin papağın üzərində Azərbaycanın atributları təsvir olunub. Hüquq müdafiəçisi olan şəxs belə hərəkətlərə yol verməməli, ilk növbədə, özünə hörmət etməlidir.
- Bəs görüşməyi planlaşdırırsınızmı?
- Xeyr, görüşməyəcəyəm. Mən erməni kəşfiyyatına işləyən casusları müdafiə etmirəm.
- Rauf Mirqədirov da həmin ittihamla saxlanılıb…
- Raufla görüşdüm, çünki onu tanıyıram. İstəyirdim öyrənim görüm, həqiqətən də onun günahı var, ya yox. Maraq üçün onunla görüşmüşəm. Həm də ictimaiyyətdən mənə müraciətlər oldu. Buna görə də görüşdüm. Bu gün rəsmi açıqlamalara baxdıq. Tam sübut olunub ki, Leyla Yunus erməni kəşfiyyatçıları ilə əlbir olub.
Birinci, mən sizə deyim ki, ermənilər bizim irsi düşmənlərimizdir. Mən əslən şuşalıyam. Mənim ulu babalarımın qəbirləri Şuşadadır. Ermənilər də həmişə bizim irsi düşmənimiz olub. Azərbaycan bu gün Ermənistanla müharibə ərəfəsindədir. Azərbaycana düşmən kəsilən ermənilərlə əməkdaşlıq etməyə nə ad vermək olar?
- Bəs…
- Əlbəttə, bir qadın kimi Leyla xanımın tutulmasına razı deyildim. Çünki həbsxana qadın yeri deyil. Amma belə şeyləri eşidəndə ki, yəni öz dövləti əleyhinə düşmənə casusluq edib… Düzdür, mən hüquq müdafiəçisiyəm. Və hüquq müdafiəçisi heç bir siyasi partiyanın üzvü olmamalıdır. Əgər MTN-də olsaydı, fikrimdə tutmuşdum ki, Leyla xanımla görüşəm. Amma bilirsiniz ki, onu Bakı İstintaq Təcridxanasına aparıblar.
- Məhkəmənin hökmünü necə gözləmək olar?
- Başa düşdüm nə demək istəyirsiniz. Məhkəmənin hökmü olmadan kiməsə cinayətkar demək olmaz. Üzr istəyirəm, mən Leyla xanıma demədim ki, cinayətkardır. Niyə belə deyirsiniz? Mən dedim ki, artıq dövlət orqanları açıqlayıb ki, Leyla xanım Ermənistan kəşfiyyatı ilə işləməkdə təqsirli bilinir. Düzdür, məhkəmənin qərarı olmadan o sözü demək olmaz. Amma dövlət orqanları açıqlama verib ki, Ermənistan kəşfiyyatı ilə işləyib.
- Monitorinqlərinizlə bağlı yenilik varmı?
- Əlbəttə, bu yaxınlarda Müsavat partiyasının həbs olunan üzvü Fərəc Kərimovla görüşdüm. Mətbuatda məlumat yayılmışdı ki, ona işgəncə verilib. Amma bu məlumat öz təsdiqini tapmadı. Monitorinqlərimiz davam edir.