vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜƏLLİF  
20:22 | 29 dekabr 2012 | Şənbə Məqaləyə 4723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İtirmək qorxusunun bitirdikləri»

İlqar RƏSUL

"Birini pis əməlinə görə mühakimə etməzdən əvvəl onun yaxşı əməllərini tərəzinin o biri gözünə qoymağı unutmayın".

Bu mənim Anamın sözləridir. Məzar daşının üzərinə də şeir əvəzinə yazdırmışam bu tövsiyəni. Təsadüfən gözü sataşan olsa içində bir ədalət mexanizmi yaransın deyə...
Cavanlığında hökumət Anama biz yaşayan rayonun ikinci katibi vəzifəsini təklif etmişdi. Razı olmamışdı...
Axşam atam evdə səbəbini soruşanda Anam demişdi ki, qadının vəzifəsi ərininkindən böyük olmasa yaxşıdır (Atam rayonda təxminən üçüncü, dördüncü sayılan vəzifənin sahibi idi). Bilmirəm nə dərəcədə düz məntiq idi. Amma bu, bir qadının ərinə münasibətinin göstəricisi idi...
Atam anamla az yaşadı. Cəmi doqquz il. Yəni vəfat edənədək. Anam Atamla çox yaşadı. Düz yarım əsr. Əlli il. Yəni vəfat edənədək. Görünür Anam daha çox sevirmiş...
Qardaşım deyir ki, biz anamı daha yaxşı yaşatmalı idik...
Mən deyirəm ki, axı O bizə oğurluq eləməyi öyrətməmişdi...
Tələbəçilik vaxtı hər dəfə geyinib evdən çıxanda Anam arxadan əlini kürəyimə vurub-gör neynirsən - deyərək gülümsünürdü...
Evli vaxtı övladım olacağını biləndə əlimi sıxıb heç vaxt görmədiyim sevinclə təbrik eləmişdi məni...
Anamınkı belə şeylər idi. Orta məktəbdə yaxşı oxu, universiteti qazan, istedadlı və savadlı ol, kimisə sev, evlən, uşağın olsun, yaxşı valideyn və ailə başçısı ol... Yaxşı işin, dostlar arasında hörmətin olsun. Məmləkət üçün nəsə et. Yəni bütün bunları bacar, lap Ananı unuda da bilərsən...
Mən təxminən bunların hamısını bacardım. Bircə sonuncudan başqa...
Açığı, belə bir fikrim də yoxdur. Bu cür ayrılıqlar mənlik deyil. Heç olmayacaq da. Yenə yaxşı ki, ömrümdən əskilən hər gün məni Ona yaxınlaşdırır. İnanıram ki, sonuncudan sonra başlanğıc başlayacaq... Mən yenə uşaq olacam. Anasının balası... Yenə də kimsə xətrimə dəysə, onu Anamla hədələyəcəm (yadınızdadır də, "Anama deyəcəm!").....
Biz düşən ömürlər, əsarətdə doğulmuş kimidir. Əvvəl itirmək qorxusu, sonra da itkinin özü bitirir bizi... Qorxudan və itkidən ibarət ömür. Mən indi bu ömrün ikinci hissəsindəyəm. Bir il əvvələdək qorxunun əsarətində idim, indi itkinin...
Bu gün Anamın vəfatından bir il ötür... Mənim ömrümdən heç vaxt ötməyəcək bir il...

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)