«Özünü kişi sayanlar bir qadının dalınca düşüb»
«Bu avropalıdır, biz ondan qrant alırıq, onun bütün dedikləri ilə oturub durmalıyıq?»
BƏXTİYAR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Evlilik təklifinə cavab
Aysel Əlizadədə: «Şərti şumda kəsək ki, xırmanda yabalaşmayaq»
-
«Artıq bıçaq sümüyə dirənib»
3800 manat ucbatından diplomunu ala bilməyən əlaçı tələbəni Akademiyadan qova bilərlər
-
«İndi guya sən öz aləmində özünə xal toplayırsan?»
Erməni qızıyla rəqs olayına ibrətamiz münasibət
-
«Məsələ ondan ibarətdir ki, Azərbaycan Milli Platforması ilə razılaşdırmadan baş qərargah, yəni Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu saytına bir link yerləşdirib. O linkdə siyasi məhbusların olması öz əksini tapıb».
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Avropa Azərbaycan Hərəkatının prezidenti Ramin Hacılı deyib. Onun sözlərinə görə, ilk dəfə olaraq bu link ora yerləşdirilərkən Azərbaycan tərəfi ilə razılaşdırma olmayıb: «Təbii ki, biz də bunun gələcəkdə təkrarlanmaması üçün etirazımızı bildirmişik. Ola bilər ki, sabah Qarabağın Ermənistana aid olmasını göstərən xəritə yerləşdirə bilərlər. Biz bunlardan sığortalanmaq üçün və ümumiyyətlə hər iki tərəfin hüquqlarının paralel qorunduğu, qanunun aliliyinin tənzimləndiyi tərəfdaşlıq içində olmaq üçün tələb edirik ki, Azərbaycanla bağlı sənədlər yayılarkən bizimlə razılaşdırılsın. Çünki bizim Azərbaycan tərəfi olaraq əməkdaşlığımız bu səpkidə qurulub. Lakin təəssüflər olsun ki, sifarişi haradan aldığı məlum olmayan bir qrup insan bu məsələdən təxribat məqsədilə istifadə edirlər. Onlar vətəndaşları, xüsusilə Azərbaycanda səmimi, saf insanları aldadıb, bizi satqın kimi qələm verməyə çalışırlar. Bu insanlar dəfələrlə ifşa olunublar, onlar bunu öz həyat tərzlərinə çeviriblər. Düşünürəm ki, belə insanları ciddiyə almaq lazım deyil».
R.Hacılı söyləyib ki, linkin çıxarılıb-çıxarılmaması avropalıların verəcəyi qərardır: «Mənim üçün prinsiplər vacibdir. Özünə hörmət eləyən insan məsələlərə «bu avropalıdır, biz ondan qrant alırıq, onun bütün dedikləri ilə oturub durmalıyıq» kimi yanaşmamalıdır. Biz prinsiplərdən yanaşırıq və prinsiplərə görə bütün məsələlər bizimlə razılaşdırılmalıdır. Razılaşdırmadan hər hansı qərar sayta yerləşdirilirsə və onu oradan çıxaracaqlarsa düz edəcəklər, çıxarmayacaqlarsa, biz ən azından razılıq əldə edəcəyik ki, bundan sonra verilən qərarlar bizimlə razılaşdırılsın. Biz öz şəxsiyyətini qoruma, özünə hörmət, hüquqlarını müdafiə etməyi həyata keçiririk. Bəziləri kimi avropalıları görəndə onlardan qrant alırıq deyə, başımızın üstündə otursun, ayaqlarını çiynimizdən aşağı sallasın prinsipi ilə yanaşmırıq. Biz öz şəxsiyyətimizə hörmətlə yanaşırıq və çox təəssüf ki, Azərbaycanda özünü kişi sayan bir qrup düşüb qadının dalınca, haray-həşir salırlar. «Facebook»u açanda onlar elə qaçışırlar ki, 4 eynəyi üst-üstə taxmaq məcburiyyətində qalıram».