vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
14:48 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 3459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sürücü işdən qovuldu

«Onlarla bacarmaq çox da asan deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda 204 saylı sərnişin avtobusunda sərnişinlər nəinki qapıdan sallanırlar, hətta pəncərədən sallanaraq gedənləri də görmək mümkündür.

«ANSpress» xəbər verir ki, həmin hadisəni əks etdirən foto və video yayılıb. Görüntülərdə də sərnişinlərin özlərini necə təhlükəyə atdıqları görünür. Sürücü isə heç bir addım atmır. Görünür, onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.

Məsələ ilə əlaqədar avtobusun tabe olduğu «Fidan-Trans» MMC-nin rəhbəri Namiq Allahverdiyevin verdiyi məlumata görə, həmin hadisə barədə xəbərdardır. Artıq sürücü Elçin Hüseynov işdən çıxarılıb. «Düzdür sürücülərlə bacarmaq çox da asan deyil. Lakin mütəmadi yoxlamalar aparırıq. Çalışırıq ki, xidmətimiz qüsursuz olsun», - deyə Namiq Allahverdiyev bildirib.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov da sürücünün işdən çıxarılmasını təsdiqləyib. «Bu barədə məlumat verilən kimi dərhal avtobus saxlanıldı və cərimə meydançasına aparıldı. Sürücü isə işdən çıxarıldı. Onun işi bizim arxivə yazıldı. Daha həmin sürücü heç bir şirkətdə işləyə bilməyəcək», - deyə Elçin Nəsirov bildirib.