vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
22:49 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2829 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Problem

Mənəvi-əxlaqi dəyərlərimizin qorunması

Kamran NƏZİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar ictimai nəqliyyat vasitələrindən tez-tez istifadə edirəm. Görürəm, müşahidə edirəm: basabas salmaq, ucadan danışmaq, bir-birinə yol və yer verməmək, aqressivlik etmək, danışıq etikasını, düzgün müraciət formasını bilməmək, təcili yardım maşınlarına yol verməmək, balkondan, ya da maşının pəncərəsindən zibil tullamaq, tez-tez siqnal vermək, tüpürmək, söyüş söymək, yolu düz keçməmək, özündən yaşca böyüklərə, qocalara, hamilə qadınlara, əli uşaqlı analara laqeydlik göstərmək, bəzi hallarda həyasızcasına, saqqız çeynəyə-çeynəyə qulaqlarına telefonun şnurlarını taxıb hansı musiqi horrasınasa qulaq asmaq, qeyri-etik hərəkətlərə yol vermək...

Tək-tük hal olsaydı, susardım. Amma bu hal artıq kütləviləşir. Daha susmaq olmaz! İctimai qınaq işə düşməlidir. Qəzetlər, televiziyalar, radiolar, reklam agentlikləri, məktəblər və universitetlər öz Proqramlarında və mətnlərində ciddi dəyişikliklər etməlidirlər. Bizim qürurlandığımız və uzun on illiklərdən bəri Qərbin həsədlə və bəlkə də qısqanclıqla yanaşdığı əsas mənəvi-əxlaqi dəyərlərimiz gözümüzün qabağındaca əldən gedir. Biz isə televiziya ekranlarında paltaryuyan tozları, üzqırxan, alt tuman-köynəyi, corabı, diş məcunu... daha nələri reklam edən roliklərə pul xərcləyirik... Təklif edirəm: reklam rolikləri mövzunu, forma və məzmunu dəyişsinlər. Axı belə yaramaz!

...Evdən gəlmir, məktəbdən gəlmir, Universitetdən gəlmir, haradan gəlsin bəs? Qərbdən? Baxın da, heç olmasa o bəyənmədiyiniz ölkələrin sosial roliklərinə baxın! İnsan çiy süd əmib, pis şeyləri tez götürür!

Bütün Proqramlarda ictimai qınaq vasitələrindən istifadə edilməlidir, əsas mövzu da bu olmalıdır məncə...Millətin ən önəmli dəyərləri (böyüyə hörmət, ədəb-ərkan, davranış və danışıq etiketi....) əldən gedir. Xahiş edirəm mənə moizə oxuyub yaxşı nümunələr gətirməyin. Bilirəm, yaxşılar da var. Amma bu yaxşılar da get-gedə azalır. Təhlükə də elə bundadır! Təklif edərdim ki, “Mənəvi dəyərlərin qorunmasının əsasları” dərsliyi yazılsın və məktəb proqramlarına salınsın!