vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
11:03 | 19 avqust 2017 | Şənbə Məqaləyə 3876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avtobus sürücüsünə üstünə silah çəkdilər

«Potensial sərnişin»in potensial cinayətkar davranışı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Avtobusda silah çəkib hamını hədələdi

Qeyd olunan hadisə avqustun 16-da saat 23:00-da Bakının 9-cu mikrorayonunda, Adil Əliyev küçəsində baş verib. Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər.


***


21:04

Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).

Lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxır. Təqdim etdiyimiz videoda görmək olar ki, «potensial sərnişin» avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının «ən yaxşı ənənələr»inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O, qorxmur və bu qorxmazlığı ilə daşıdığı insanları xilas edir.

Virtualaz.org-un redaksiyası ümid edir ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.