
Hindistanda helikopter qəzaya uğradı
5 nəfər öldü, 2 nəfər yaralanıb
5 nəfər öldü, 2 nəfər yaralanıb
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Avtomobilin içindən kimisə təhqir etmək cərimə ilə nəticələnəcək
Nəqliyyat nazirindən xəbərdarlıq: “Aviasiya sistemi dəyişməzsə, insanlar öləcək”
17 yaralı var
Sərnişin təyyarəsinin mühərrikinə dovşan girdi, motor alışdı
Yaşlı qadın cərimədən necə yayındı?
İrəvanda anadan olan Xudaverdiyan kimdir?
.. Yaxud olaya medianın yanaşması və informasiya kirliliyi
Bir dirəyi uçurub çırpılıb 3 metr hündürlükdən 10 metr irəliyə uçub divara çırpıldı
“Taksi” silsilə filmlərindəki kadrları kölgədə qoyan real hadisə
Baırov körpüsünün çıxışı üzərindən uçan maşın yek maşını da aşırdı
Tanker aşması fəlakətə səbəb oldu
Heç kim üç kritik peşəyə maraq göstərmir
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Evi başına uçurdulan şəxsdən ilginc iddia: ““Melissa Park” məhkəmə qərarını çeynədi”
Amerika 20-ci əsrin əvvəlləri Amerika kapitalizminin böhranı baş verir. “Böyük depressiya” pul kütləsinin kəskin çatışmazlığı, borcların artması və digər iqtisadi çətinliklər və problemlərlə yadda qalır.
Alkoqolun istehsalına və daşınmasına məhdudiyyətlər qoyan “Quru qanun” adlı milli qanun qüvvəyə minir. Monopoliyaların iqtisadi prosesləri ləngitməsi, aclığın kütlələri öz məkrli caynağına keçirməsi, dəhşətli işsizlik, dilənçilik fonunda mafiyalar tərəqqi edir, cinayətkarlıq çiçəklənir.
Kontrabanda və qeyri-leqal istehsalla məşğul olan Amerika mafiyası dövlətə meydan oxuyan güclü qüvvəyə çevirilir.
Nyu-Yorkda, Los-Ancelesdə, Çikaqoda qan-qan deyən qanqsterlər, irland, italyan və yəhudi klanlar arasında müharibə, savaş tüğyan edir. Küçə atışmalarında yüzlərlə dinc, günahsız sakin çarpaz küllənin hədəfinə tuş gəlir.
Butleger dəstələri, kriminal qruplar Amerikanın ölüm kabusuna çevirilirlər.
Al Kaponenin, Karlo Qambininin, “sısqa” Merlinonun, “Xoşbəxt” Luçanonun, “Çapıqlı” Mİkkinin kolt, karabin və vinçesterlərlə, dinamitlərlə silahlanmış mənfur bandaları həm bir-birlərini, həm də atışmaların məzlum, günahsız qurbanına çevrilən dinc insanları öldürür, qətlə yetirir, amansızlıqla məhv edirlər.
Mafiya sıralarına qəbul edilən, onun “sprut” caynağına keçənlərə ilk olaraq bu sual verilir: Sən bilirsənmi bu işlə məşğul olanların əksəriyyəti heç qırx yaşına çata bilmir.
Bakı, 21-ci əsrin əvvəlləri
“Traffik canavarı” hər il yüzlərlə can alır.
Yollarda, küçələrdə, şose və sürət traslarında baş verən nəqliyyat qəzaları insanların həyatına amansızlıqla son qoyur.
İnformasiya saytlarında yol - nəqliyyat qəzaları haqqında gedən gündəlik statistik məlumatlar artıq adi qarşılanır və həyəcan doğurmur.
Qəzalar, avtomobillərin piyadaları vurması, toqquşmalar, sərt döngədən burulan yuxulu maşının dərəyə aşması kimi dəhşətli hadisələr yalnız trafikin bol olduğu, tıxacların əsəb gərginliyinə çevrildiyi paytaxtın küçə və prospektlərində deyil, rayon, kənd yollarında da baş verir.
Yol-hərəkət qaydalarından xəbərsiz, ibtidai savada malik olmayan, mindirəcəyi sərnişindən ötrü didişən taksi, avtobus və digər sərnişindaşıma nəqliyyatı sürücüləri əlinə “Tompson pulemyotu” almış qanqsteri xatırladırlar.
Yollarda şütüyən, ötüşən, öz sürətinin hədd-hüdudunu bilməyən brend markaların, “sport car”ların -“Porsche”, “Gelandewagen”, “Maserati”, “Bugatti”lərin günahı üzündən insanlar səkilərdə, şose kənarlarında, asfaltın üzərində can verir, həyatlarını itirirlər.
Piyada keçidləri, yolüstü körpülər, asfalta çəkilən zebr-cizgilər və işıqforlar, çoxsaylı qadağa, məhdudiyyət nişanları belə onları xilas etmək gücündə deyil.
Bu qəzaların ucbatından, gəzintiyə, yollara, küçələrə çıxan vətəndaşlarımızın əksəriyyəti qırx yaşına belə yetişə bilmir.