vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TƏDBİR  
14:29 | 20 noyabr 2014 | Cümə axşamı Məqaləyə 1516 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nazirin yanına on dəfə adam göndərmişəm...»

Oqtay Əsədov: «Millət vəkilləri də diqqətli olsunlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Spiker Oqtay Əsədov parlamentdə büdcə müzakirələri zamanı deputatların yekun çıxışından sonra onları və bəzi dövlət qurumlarını büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırıb.

«Qafqazinfo»nun xəbərinə görə, o bildirib ki, indiyə kimi büdcə müzakirlərində 54 nəfər deputat çıxış edib: « Mən indiyəcən dünyanın heç yerində rast gəlməmişəm ki, büdcə ilə bağlı hamı razı qalsın.

Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir- iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənilib hazırlanır. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd Maliyyə Nazirliyinə təqdim olunur. Həmin sənəd üzərində işlənildikdən sonra prezidentə göndərilir. Sonda razılaşdırılımış və balanslaşdırılımış büdcə layihəsi parlamentə daxil olur.

Özünü tərifləmək olmasın, şəxsən mən özüm maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adam göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, təşkilatın öz maliyyəsini artırılması ilə bağlı təklifi düzgün deyil. Millət vəkilləri də bu məsələdə diqqətli olsunlar».