vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
15:26 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2894 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şadlıq saraylarına xəbərdarlıq

Nazirlik 578 məktub göndərib

MÖVZU İLƏ ƏLAQƏLİ

İqtisadiyyat və Sənaye Nazirliyi ölkədəki şadlıq saraylarına xəbərdarlıq məktubu göndərib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, xəbərdarlıq məktubu ölkə ərazisində fəaliyyət göstərən 578, o cümlədən Bakı şəhəri üzrə 235, digər şəhər və rayonlar üzrə 343 şadlıq sarayının rəhbərlərinə göndərilib.

«Trend»in məlumatına görə, Xəbərdarlıq «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» və «Haqsız rəqabət haqqında» qanunlar, «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları» ilə istehlakçı hüquqları, kartel razılaşmaları və bu sahədə digər qanun pozuntularına qarşı müəyyən olunmuş və həmin qanunvericilik aktlarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədədir.

Z.İsayev deyib ki, Məhərrəm ayı başa çatdıqdan sonra Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toy mərasimlərinin təşkili zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunması, o cümlədən istehlakçıların seçim sərbəstliyinin təmin olunması vəziyyətinə nəzarət tədbirləri, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcək.

Xidmət rəisi qeyd edib ki, Bakıda fəaliyyət göstərən 100-dən artıq şadlıq evinin rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların təmin edilməsində sahibkarlıq subyektlərinin vəzifələri, qanunvericiliyin pozulmasına görə müəyyən edilmiş məsuliyyət tədbirləri bir daha iştirakçıların nəzərinə çatdırılıb, bu işlərin təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib, mövcud problemlərin təxirə salınmadan aradan qaldırılması yolları müzakirə edilib.

Bununla yanaşı, «Müxtəlif məclislər (toy, ad, günü və s.) keçirmək istəyənlərin nəzərinə» adlı maarifləndirici məlumatın elektron poçt vasitəsi ilə 550 mindən artıq ünvana göndərilməsinə başlanılıb.