

7 illik vergi güzəştləri mövcuddur, amma ...
27 412 962 manat
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
“Ticarət şəbəkələri pərakəndə satışda inhisarçı mövqelərindən istifadə edir”
Əməkhaqqı və pensiya artımları bahalaşmada psixoloji faktor olub
“Sənəd tezliklə qəbul olunacaq”
Nazir çörəyin qiymətindən danışdı
İqtisadiyyat Nazirliyi «Kiçik sahibkarlığa dəstək» konfransı keçirdi
İqtisadiyyat Nazirliyi: Təhlükəli məhsullar satışdan yığışdırılıb
Bəzi dondurmaların istehsalı dayandırıldı
Prezident Abid Şərifovun şirkətinə sonucnu xəbərdarlıq etdi, vaxt verdi; Azərbaycanın həyati əhəmiyyətli strateji layihəsinin tikintisi ətrafında nə baş verir?!...
«Yayda satılmayan bəzi mallarda ucuzlaşma var, amma faizlər 1 rəqəmlidir»
Manat istəyir qalxsın, istəyir ensin, qiymətlər ancaq qalxır
Bahalaşmaya görə İqtisadiyyat Nazirliyinə ittiham
Dövlət qurumları isə bu «təşrifi» izləməklə məşğuldur...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan «Bizimsüd» adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan «İvanovka» adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötmüş və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə törədir.
Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə fiziki şəxslər İbrahim Selmana və Aytən Həsənovaya müvafiq göstəriş verilib.
İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.